Astara rayonunda ağır yol qəzası baş verib.
Bizim.Media “report.az”a istinadla xəbər verir ki, hadisə rayonun Təxtənəkəran-Hamuşam kənd yolunda baş verib.
Belə ki, rayonun Niləşə kənd sakini Tərlan Sənham oğlu Eyvazovun idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsi hündürlükdən dərəyə aşıb.
Qəza nəticəsində sürücü T. Eyvazov hadisə yerində keçinib.
Nəqliyyat vasitəsində olan 1977-ci il təvəllüdlü Azər Xanoğlan oğlu Rzayev, 1980-cı il təvəllüdlü İbrahim Xanəhməd oğlu Məmmədov və 1980-cı il təvəllüdlü Nazim Balağa oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyəti daha ağır olan A.Rzayev dərhal reanimasiya şöbəsinə yerləşdirilib.
Digərlərinin müalicəsi xəstəxananın təcili yardım şöbəsində davam etdirilir. Qəzanın baş vermə səbəbləri dəqiqləşdirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
00:37 / 19.06.2026
Astara yolunda dəhşətli QƏZA: Avtomobil dərəyə aşdı
Hazırda oxunan: Astara yolunda dəhşətli QƏZA: Avtomobil dərəyə aşdı
Hazırda oxunan: Astara yolunda dəhşətli QƏZA: Avtomobil dərəyə aşdı
620159
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































