“YouTube”da yeni FUNKSİYA: darıxdırıcı yerləri avtomatik sürətləndirəcək

“YouTube”da yeni FUNKSİYA: darıxdırıcı yerləri avtomatik sürətləndirəcək

Hazırda oxunan: “YouTube”da yeni FUNKSİYA: darıxdırıcı yerləri avtomatik sürətləndirəcək

616261

“YouTube” “Premium” abunəçiləri üçün video və podkastların oxudulma sürətini məzmuna uyğun olaraq avtomatik dəyişə bilən yeni "Auto Speed" funksiyasını elan edib. Bu texnologiya, nitqin yavaş olduğu hissələrdə videonu sürətləndirəcək, böyük həcmdə məlumat olan hissələrdə isə sürəti elə adaptasiya edəcək ki, istifadəçilər mövzunu tam anlamaqla kontenti daha tez qəbul edə bilsinlər.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat platformanın rəsmi bloqunda yer alıb.

Yeni funksiya artıq “Android” sistemindəki “YouTube” “Premium” abunəçiləri üçün artıq əlçatandır və yaxın aylarda iOS cihazlarında da görünəcək.

Şirkət qeyd edir ki, "Auto Speed" vacib məqamları qaçırmadan videoları daha səmərəli şəkildə izləməyə və dinləməyə imkan verəcək.

Bununla yanaşı, “YouTube” “Premium” istifadəçiləri üçün "On-the-go Mode" funksiyasını da təqdim edib. Bu rejim videonun arxa fonda oxudulması zamanı idarəetməni sadələşdirir, videonu irəli-geri çəkmək düymələrinə və digər idarəetmə elementlərinə sürətli çıxış təmin edir.

Funksiya artıq “Android” sistemlərdə aktivdir, “Apple” cihazlarında isə daha sonra istifadəyə veriləcək.

Bundan əlavə, platforma "Ask Music" alətinin imkanlarını genişləndirib. İndi bir sıra ölkələrdəki “YouTube Music” “Premium” və “YouTube Premium” istifadəçiləri öz maraqları, əhval-ruhiyyələri və ya artıq dinlədikləri verilişlər əsasında təkcə musiqi deyil, həm də podkast tövsiyələri ala biləcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO