Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Bığır kəndində qeydə alınıb.
Belə ki, Bığır kənd sakini, 1974-cü il təvəllüdlü Osmanova Mahirə Xeyrəddin qızını ilan vurub. Yaralı təcili olaraq Göyçay rayon Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib.
Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti orta-ağır olaraq qalır.
Bizim.Media, Aran bürosu





































































































