Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə açılışda - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə açılışda - FOTO

Hazırda oxunan: Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə açılışda - FOTO
609805
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Şəkidə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən bir sıra tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər.

Bizim.Media xəbər verir ki, Leyla Əliyeva və Arzu Əliyeva Şəki Tarix-Diyarşünaslıq Muzeyi, Şəbəkə Emalatxanası və Təlim Mərkəzində yaradılmış şəraitlə tanış olublar.
 

Bildirilib ki, həyata keçirilən bərpa və konservasiya işləri tarixi irsin qorunmasına, Şəkinin qədim sənətkarlıq ənənələrinin yaşadılmasına, həmçinin şəhərin turizm potensialının daha da artırılmasına xidmət edir.



Şəki Tarix-Diyarşünaslıq Muzeyində bölgənin tarixini, mədəniyyətini, etnoqrafiyasını, ənənəvi sənətkarlığını və kulinariya irsini əks etdirən eksponatla baxış keçirilib.

Muzeydə ümumilikdə üç mindən çox maddi-mədəni dəyərə malik eksponat qorunur, onlardan 1826-sı sərgi zallarında təqdim edilir.

Qeyd olunub ki, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində digər tarixi-memarlıq abidələrinin bərpa və konservasiya işləri mərhələli şəkildə davam etdiriləcək.

Səfər zamanı Şəbəkə Emalatxanası və Təlim Mərkəzinə də baxış keçirilib. Qeyd olunub ki, burada şəbəkə sənətinə həsr olunmuş sərgi salonu, emalatxana və təlim otaqları yaradılıb.

Leyla Əliyeva və Arzu Əliyeva məşhur şəbəkə ustası Tofiq Rəsulov və onun şagirdləri ilə görüşüb, şəbəkə nümunələrinin hazırlanması prosesində iştirak ediblər.

Onlar Azərbaycanın bu qədim sənət növünün yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində gördüyü işlərə görə Tofiq Rəsulova minnətdarlıqlarını bildirib, ustaya və şagirdlərinə uğurlar arzulayıblar.

Sonra şirniyyat hazırlanmasında iştirak edən Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin ABAD Keramika mərkəzi ilə tanış olublar.

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə açılışda - FOTO - foto 1
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə açılışda - FOTO - foto 2
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə açılışda - FOTO - foto 3
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə açılışda - FOTO - foto 4
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə açılışda - FOTO - foto 5
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə açılışda - FOTO - foto 6
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə açılışda - FOTO - foto 7
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə açılışda - FOTO - foto 8
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə açılışda - FOTO - foto 9
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə açılışda - FOTO - foto 10
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə açılışda - FOTO - foto 11
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə açılışda - FOTO - foto 12
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə açılışda - FOTO - foto 13
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə açılışda - FOTO - foto 14

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO