Diplom hansı halda TANINMIR?

Diplom hansı halda TANINMIR?

Hazırda oxunan: Diplom hansı halda TANINMIR?
607768
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu il 255 nəfərin diplomunun tanınmaması təhsil sahəsində diqqət çəkən məsələlərdən biri olub. Rəsmi məlumatlara görə, tanınmayan diplomlar əsasən xaricdə alınan ali təhsillə bağlıdır.

Bu vəziyyət həm əmək bazarına çıxış, həm də peşə fəaliyyətinə başlamaq istəyən şəxslər üçün müəyyən çətinliklər yaradır.

Bizim.Media bildirir ki, məsələ ilə bağlı təhsil eksperti Demokrat.az-a bildirib ki, Azərbaycanda xaricdə alınmış diplomların tanınmaması, yəni nostrifikasiya olunmaması bir neçə əsas səbəbdən baş verir:

"Bu proses Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) dediyimiz qurum tərəfindən aparılır və hər il müəyyən sayda müraciət mənfi nəticələnir. Son mənfi nəticələnən müraciətlərin sayı 255 diplomdur.

Diplomu verən universitet öz ölkəsində rəsmi tanınmırsa və ya akkreditasiyadan keçməyibsə həmin diplom qəbul edilmir. Bəzi hallarda distant, hibrid, onlayn və ya qiyabi təhsil proqramları Azərbaycanın tələblərinə cavab vermir və bu səbəbdən tanınmır. Təhsil müddəti normadan azdırsa, bu şübhə yaradır və imtinaya səbəb olur.

Əgər tələbə faktiki olaraq təhsil aldığı ölkədə kifayət qədər müddət yaşamayıbsa yəni real davamiyyət olmayıbsa diplom tanınmaya bilər".

Ekspert bildirib ki, sənədlərdə uyğunsuzluqda imtinaya səbəb olur

"Transkriptdə, qəbul sənədlərində və digər məlumatlar arasında ziddiyyət varsa və ya saxta sənəd şübhəsi varsa müraciət rədd edilir. Bəzi ixtisaslar və ya proqramlar Azərbaycanın təhsil standartlarına uyğun gəlməyə bilər.

Bəzi ölkələrdə fəaliyyət göstərən lakin keyfiyyət baxımından problemli hesab edilən ali məktəblərin diplomları daha ciddi yoxlanılır və çox vaxt tanınmır. Bu il də 255 nəfərin diplomunun tanınmaması əsasən bu kimi səbəblərlə bağlı olub",- deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO