İndiyədək 7810 taksi sürücüsü imtahanda uğursuz nəticə əldə edib - DİM

İndiyədək 7810 taksi sürücüsü imtahanda uğursuz nəticə əldə edib - DİM

Hazırda oxunan: İndiyədək 7810 taksi sürücüsü imtahanda uğursuz nəticə əldə edib - DİM
600689
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət İmtahan Mərkəzi tərəfindən taksi sürücüləri üçün keçirilən imtahanda indiyədək 40372 namizəd iştirak edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Trend.az”ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak edən şəxslərdən 32562 nəfəri uğur əldə edib, 7810 nəfərin nəticəsi isə uğursuz olub.
 

Qeyd edək ki, imtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı təqdim edilir.


Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

10 və daha çox bal toplamış sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO