Şəkidə yaşayış binasında yanğın oldu - 10 nəfər təxliyə edildi - FOTO

Şəkidə yaşayış binasında yanğın oldu - 10 nəfər təxliyə edildi - FOTO

Hazırda oxunan: Şəkidə yaşayış binasında yanğın oldu - 10 nəfər təxliyə edildi - FOTO
597914
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Axşam saat 19:00 radələrində Şəki şəhərinin M.Ə. Rəsulzadə prospektində yerləşən 5 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yanğın hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yanğın binanın ikinci mərtəbəsində yaşayan Tural İsmayılova məxsus 3 otaqlı mənzildə qeydə alınıb.
 

Hadisə barədə məlumat daxil olan kimi yanğın yerinə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. Yanğının genişlənməsinin qarşısı alınıb. Hadisə nəticəsində mənzilin otaqlarından birinin yanar konstruksiyaları zədələnib.


Yanğınsöndürənlər tüstülənmənin artmasını nəzərə alaraq, binada yaşayan 10 nəfəri təhlükəsiz əraziyə təxliyə ediblər.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şəkidə yaşayış binasında yanğın oldu - 10 nəfər təxliyə edildi - FOTO - foto 1
Şəkidə yaşayış binasında yanğın oldu - 10 nəfər təxliyə edildi - FOTO - foto 2
Şəkidə yaşayış binasında yanğın oldu - 10 nəfər təxliyə edildi - FOTO - foto 3

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO