Ləğv prosesində olan 2 bankın daşınmaz əmlakları satışa çıxarılıb

Ləğv prosesində olan 2 bankın daşınmaz əmlakları satışa çıxarılıb

Hazırda oxunan: Ləğv prosesində olan 2 bankın daşınmaz əmlakları satışa çıxarılıb
584117
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Yanvarın 11-i və 26-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Bank Standard” ASC-nin, yanvarın 18-i və 26-da isə “Atabank” ASC-nin daşınmaz əmlakların satışı üzrə açıq hərrac keçiriləcək.
 
Moderator.az xəbər verir ki, bu barədə bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
 
Məlumata görə, söhbət “Bank Standard”a məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər əliyev küçəsi, ev 22 ünvanında yerləşən 54,02 kv.metrlik mənzildən, eləcə də bu banka məxsus Bakı şəhəri, Nərimanov rayonu, Rəhimov Koroğlu küçəsi, ev 17 ünvanında 139,9 kv.metrlik mənzildən, həmçinin “Atabank”a məxsus Şirvan şəhəri, Leytenant Mahmud İbrahimov küçəsi, 204A ünvanında yerləşən 16,6 kv.metrlik qeyri-yaşayış sahəsindən və Lənkəran şəhəri, Həzi Aslanov xiyabanında yerləşən 301 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir.
 
Əmlaklara müvafiq olaraq 85 min manat, 1,1 milyon manat, 15 min manat və 600 min manat qiymət qoyulub.
 
Xatırladaq ki, “Bank Standard” ASC-nin lisenziyası 2016-cı il oktyabrın 1-dən, "Atabank" ASC-nin lisenziyası isə 2020-ci il aprelin 27-dən ləğv edilib.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO