Leyla və Arzu Əliyevalar şouda -  FOTOLAR

Leyla və Arzu Əliyevalar şouda - FOTOLAR

Hazırda oxunan: Leyla və Arzu Əliyevalar şouda - FOTOLAR
58004
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Oktyabrın 11-də Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə Bakıda ilk dəfə “V1 Challenge Azerbaijan” yarışının təqdimat şousu keçirilib. 

ANS PRESS-in Federasiyaya istinadla verdiyi məlumata görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva təqdimat şousunda olublar.

Bakı Kristal Zalında anşlaqla keçən bu yarış tamaşaçılara maraqlı, həyəcan dolu anlar yaşadıb. Uşaqdan böyüyədək hər bir kəsin marağına səbəb olan yarışda idman avtomobillərində və motosikletlərdə qeyri-adi tryuklar da nümayiş olunub. 

12 ölkədən 14 pilotin iştirakı ilə keçirilən bu yarışda birinci yerin sahibi Fransalı pilot Anton Huber, 2-ci yerin sahibi Almaniya idmançısı Harald Müller, 3-cü yerin sahibi isə Livanlı Abdo Feqali olub.

Azərbaycanlı pilot Adil Axundov 12 ölkə arasında 4-cü yerə yüksəlib. 

Qeyd edək ki, həyəcan və adrenalin dolu anlar yaşatmaqla yanaşı, yarış həm də Azərbaycanda avtomobil idmanının inkişafına yönəlmiş bir layihədir. 

Bu şou çərçivəsində tamaşaçılar Azərbaycan Avtomobil Federasiyası tərəfindən tezliklə təqdim ediləcək və böyük maraqla gözlənilən daha bir layihə-«Klassik Avtomobil Sərgisi»nə daxil olan bir neçə retro avtomobillə də tanış ola biliblər. Xatırladaq ki, sərgi yaxın müddətdə Heydər Əliyev Mərkəzində açılacaq. 

“V1 Challenge Azerbaijan” yarışından fotosessiyanı təqdim edirik. 


































































































































































© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO