
- A-
- A
- A+
Cəmiyyət
16:41 / 08.12.2022
1 dəq oxunma
Şimali Kipr Türk Respublikasının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub
Hazırda oxunan: Şimali Kipr Türk Respublikasının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub
576022
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Şimali Kipr Türk Respublikasının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Ufuk Turganer Azərbaycan Mətbuat Şurasında olub.
Qonağı salamlayan MŞ sədri Rəşad Məcid bu il sentyabrın 24-də Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirildiyini, Şuranın yeni İdarə Heyətinin seçildiyini deyib. O, rəhbərlik etdiyi qurumun üzvləri, həmçinin, komissiyaların fəaliyyəti barədə məlumat verib.
R.Məcid Mətbuat Şurasının türk dünyasının media strukturları ilə fəal əməkdaşlıq edəcəyini bildirib. O, bu baxımdan Şimali Kipr Türk Respublikasındakı jurnalist qurumları ilə də təmasların vacibliyini vurğulayıb.
Şimali Kipr Türk Respublikasının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Ufuk Turganer Azərbaycan Mətbuat Şurasının yeni seçilmiş İdarə Heyətinin üzvlərinə təbriklərini çatdırıb. Rəhbərlik etdiyi diplomatik missiyanın Azərbaycan mediası ilə əməkdaşlığa hər zaman böyük maraqlı göstərdiyini bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.





























































































