
- A-
- A
- A+
Cəmiyyət
10:23 / 05.12.2022
1 dəq oxunma
Suriyadan Azərbaycana gətirilən qız: “Atalığım dedi ki...” - VİDEO
Hazırda oxunan: Suriyadan Azərbaycana gətirilən qız: “Atalığım dedi ki...” - VİDEO
575104
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Azərbaycan hökuməti tərəfindən repatriasiya işlərinin davamı olaraq Suriyadan daha 16 nəfər vətəndaşımız ölkəmizə qaytarılıb. Onlardan 3-ü qadın, 13-ü uşaqdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən repatriantların qarşılanması və müvafiq olaraq sosial xidmət müəssisəsinə yerləşdirilməsi təmin edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müəssisəyə yerləşdirilmiş şəxslərə ilkin qayğı göstərilib və sosial reabilitasiya xidmətinə başlanılıb.
Suriyadan Azərbaycana gətirilən azyaşlı qızlardan biri başına gələn dəhşətlərdən söz açıb:
“Atalığım dedi ki, Türkiyəyə gəlin. Biz avtobusdan düşəndə hər yerdə silahlı insanlar var idi. Soruşanda ki, nə baş verir? Cavab verdilər ki, siz Suriyadasınız. Bir neçə dəfə qayıtmaq istədik. Amma qayıtmağa icazə verilmədi. Yanımıza mühafizəçilər də qoymaq istəyirdilər ki, anam qaçmasın. Atalığım yanımızda deyildi, onu tutdular. Sonra anam qaçmaq istədi”.
Ətraflı İTV-nin süjetində:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən































































































