Ceyhun Osmanlı İqbal Ağazadənin ittihamına cavab verdi

Ceyhun Osmanlı İqbal Ağazadənin ittihamına cavab verdi

Hazırda oxunan: Ceyhun Osmanlı İqbal Ağazadənin ittihamına cavab verdi

42244

“Mən təəssüf edirəm ki, dünya azərbaycanlıların Xocalıda soyqırımını müzakirə etdiyi bir vaxtda İqbal Ağazadə erməni mətbuatının qəhrəmanlarından olan Xədicə İsmayılı müdafiə edir”.

Moderator.az xəbər verir ki, bunu APA-ya açıqlamasında millət vəkili Ceyhun Osmanlı deputat həmkarı iqbal Ağazadənin ittihamlarına münasibət bildirərkən deyib.

O, İ. Ağazadənin dediklərinin mənəvi tərəfinin onun öz işi olduğunu bildirib: “Bəlkə də Xədicə İsmayıl İqbal Ağazadənin qohumudur. Fikir versəniz, görərsiniz ki, zahiri görünüşləri də bir-birinə oxşayır. Bəlkə də onun ideoloqudur. Amma əgər deputat Milli Məclisdəki çıxışında qeyd etdiyi kimi, eybəcərlik axtarışına çıxıbsa, təklif edirəm ki, çox uzağa getməsin və özünə ən yaxın olan güzgüyə baxsın. İqbal Ağazadə bilməlidir ki, deputatlıq onun kimi qalstuk taxıb toylara getməkdən ibarət deyil. Deputatlıq ölkənin milli mənafeyi naminə hər cür fədakarlıq edə bilməkdir. Şəhidlərimiz ölkənin müstəqilliyi naminə şəhid olub, ona görə şəhid olmayıblar ki, kimlərsə təslimçilik siyasəti yeritsin. Bədəli nə olmasından asılı olmayaraq, biz ölkəmizin milli mənafeyini qorumalıyıq!"


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO