Şəki rayon Aqroservis filialı da prokurorluğun zavalına gəldi

Şəki rayon Aqroservis filialı da prokurorluğun zavalına gəldi

Hazırda oxunan: Şəki rayon Aqroservis filialı da prokurorluğun zavalına gəldi

40996

Baş prokurorluqdan Moderator.az-a daxil olan məlumata görə, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şəki rayon Aqroservis filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş məlumatlar araşdırılıb.

Araşdırmalarla cəmiyyətin Şəki rayon Aqroservis filialının vəzifəli şəxsləri tərəfindən öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməməsi, əhaliyə göstərilən xidmətlərə görə onlardan yığılan pul vəsaitlərinin kassaya mədaxil edilməməsi, həmçinin  yol verilmiş digər qanun pozuntuları nəticəsində dövlətə külli miqdarda ziyan vurmalarında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO