“İrəli” İctimai Birliyinin Gəncə şəhər nümayəndəliyi şəhidləri yad edib

“İrəli” İctimai Birliyinin Gəncə şəhər nümayəndəliyi şəhidləri yad edib

Hazırda oxunan: “İrəli” İctimai Birliyinin Gəncə şəhər nümayəndəliyi şəhidləri yad edib

40173

“İrəli” İctimai Birliyinin Gəncə şəhər nümayəndəliyi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib. Bu barədə Moderator.az-a daxil olan məlumata görə, təşkilat üzvləri bu məqsədlə Şəhidlər Xiyabanını ziyarət ediblər: “İrəli” İctimai Birliyinin üzvləri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin diqqət və qayğısı, şəhər rəhbərliyinin təşəbbüsü ilə  abadlaşdırılan möhtəşəm abidə kompleksinin ucaldıldığı Şəhidlər Xiyabanını ziyarət ediblər.

Şəhidlərin ruhunu şad etmək üçün Şəhidlər Xiyabanına gələn Gəncə “İrəli”çiləri məzarların üstünə təzə-tər gül-çiçək dəstələri qoyaraq, dualar oxuyub, bir dəqiqəlik sükutla bütün şəhid olan igid oğul və qızlarımızı yad ediblər”.

Qeyd edək ki, artıq 20 Yanvar hadisələrinin üstündən 24 il keçir. Hər il yanvarın 20-də yüzminlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edir. Nəsillər dəyişəcək, şəhidlərimizin xatirəsi ürəklərdə əbədi yaşayacaq.
Allah rəhmət eləsin!


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO