Rəşad Məcid: “Əkrəm Əylisli kimdir ki...?”

Rəşad Məcid: “Əkrəm Əylisli kimdir ki...?”

Hazırda oxunan: Rəşad Məcid: “Əkrəm Əylisli kimdir ki...?”

38964

“Azərbaycan Yazıçılar Birliyinin bəyanatı göstərdi ki, Anar yenə öz sifətində, daha doğrusu sifətsizliyindədir. Belə olmasaydı, Anar öz sifətini AYB-nin mətbuat xidmətinin maskası altında gizlətməzdi”.

Bu sözləri Moderator.az-a verdiyi açıqlamada Əkrəm Əylisli bildirib.

 Əkrəm Əylisli deyib ki, Anar AYB-yə sədr seçiləndən sonra mənimlə dost, yoldaş kimi yox, vəzifə və dövlət adamı kimi danışıb: “Özü də 30-50-ci illərin şeytani havasında. Artıq bu adama görə onun əleyhinə olan fakt, fakt sayıla bilməz. Anara həqiqətin deyilməsi lazım deyil, həqiqəti deyənlərin susması lazımdır. Anar bu niyyətini həyata keçirmək üçün məndən başlayıb Sabir Əhmədovda davam elətdirib. Sabiri “Ədəbiyyat” qəzetindən uzaqlaşdırmaqla bu qəzeti axtalayıb, kişilikdən salaraq öz şəxsi ədəbi maraqlarının xacəsinə çevirdi. Bu adam bacarsaydı, ona ləbbek deməyənləri AYB-nin qapısından içəri buraxmazdı”.

Moderator.az-a açıqlama verən Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Əkrəm Əylislinin bu fikirlərinə münasibət bildirmək istəmədi:

Əkrəm Əylisli kimdir ki, onun fikirlərinə münasibət də bildirim? Bu adam hələ siz anadan olmamışdan bu formada danışıb və indi də danışmağa davam edir. Mən onun fikirlərinə heç bir münasibət bir münasibət bildirmək istəmirəm.”

Xəyal Əzizov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO