ABŞ-İran gərginliyi fonunda regionda geosiyasi proseslərin sürətlə dəyişdiyi bir vaxtda Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri də beynəlxalq diqqət çəkən hadisələrdən biri olub.
Səfər çərçivəsində iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığın yeni istiqamətləri müzakirə edilib.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan latviyalı politoloq Aleks Qriqoryev bildirib ki, Latviya və Azərbaycanı bir sıra ortaq məqamlar birləşdirir:
“Latviya və Azərbaycan sovet keçmişini bölüşən ölkələrdir. Hər iki dövlət regionda təsir dairəsini saxlamağa çalışan Rusiya faktoru ilə üz-üzədir. Bununla yanaşı, hər iki ölkə müstəqilliyini daha da gücləndirmək, vətəndaşlarının rifahını artırmaq və beynəlxalq nüfuzunu əməkdaşlıq yolu ilə genişləndirmək niyyətindədir”.
Politoloqun sözlərinə görə, Prezidentlərin görüşü öncəsi Şuşada nümayəndə heyətləri arasındakı danışıqlar olduqca önəmli idi:
"Prezident İlham Əliyevlə Prezident Edqars Rinkeviçsin görüşündən əvvəl Şuşada biznes, kənd təsərrüfatı və mədəniyyət sahələrini təmsil edən nümayəndələrin iştirakı ilə mühüm konfrans keçirilib. Konfransda çıxış edən Latviya nümayəndə heyətinə rəhbərlik edən kənd təsərrüfatı naziri Armands Krauze gələcək əməkdaşlıqda aqrar sektorun önəmli rol oynayacağını vurğulayıb".
Aleks Qriqoryev hesab edir ki, Azərbaycan Avropa üçün strateji tərəfdaşdır:
“Azərbaycan Avropanın enerji təhlükəsizliyi baxımından mühüm tərəfdaş olmaqla yanaşı, Rusiyadan yan keçən Transxəzər nəqliyyat dəhlizinin əsas iştirakçılarındandır. Ukraynada davam edən müharibə fonunda bu marşrutun əhəmiyyəti daha da artıb”.
Tehran Orucoğlu, Bizim.Media

- A-
- A
- A+
Siyasət
17:00 / 23.04.2026
Latviyalı politoloq: "Azərbaycan Avropa üçün strateji tərəfdaşdır" – EKSKLÜZİV
Hazırda oxunan: Latviyalı politoloq: "Azərbaycan Avropa üçün strateji tərəfdaşdır" – EKSKLÜZİV
Hazırda oxunan: Latviyalı politoloq: "Azərbaycan Avropa üçün strateji tərəfdaşdır" – EKSKLÜZİV
608924
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































