DYP-dən sürücülərə MÜRACİƏT 

Hazırda oxunan: DYP-dən sürücülərə MÜRACİƏT 

0:00
0:00
38962

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsi sürücülərə müraciət edib. 

Bizim.Media xəbər verir ki, bu barədə İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlama verib. 

O bildirib ki, hazırda vətəndaşların II Şəhidlər xiyabanına axını davam edir:  

“Polis əməkdaşları həmin ərazilərdə yolları tənzimləyir. Lakin buna baxmayaraq, sıxlıq çoxdur. Xahiş edirik ki, şəxsi nəqliyyat vasitələrindən istifadə edən şəxslər bu istiqamətlərdə mümkün qədər hərəkəti məhdudlaşdırsınlar və istiqaməti dəyişsinlər. II Şəhidlər xiyabanını ziyarət etmək istəyən şəxslər həmin əraziyə yaxın yerlərdə nəqliyyat vasitələrini saxlamaqla piyada hərəkət etsinlər”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO