Bu gün İlqar Məmmədov və Tofiq Yaqublunun məhkəməsi başlayır

Bu gün İlqar Məmmədov və Tofiq Yaqublunun məhkəməsi başlayır

Hazırda oxunan: Bu gün İlqar Məmmədov və Tofiq Yaqublunun məhkəməsi başlayır

36184
Noyabrın 4-də Müsavat Partiyasının başqanının müavini, “Yeni Müsavat” qəzetinin köşə yazarı Tofiq Yaqublunun və REAL Hərəkatının sədri İlqar Məmmədovun məhkəmə hazırlıq iclası keçiriləcək. Proses Şəki Ağır Cinayətlər Məhkəməsində saat 14:00-da başlanacaq.
Xatırladaq ki, Tofiq Yaqublu və İlqar Məmmədov Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların yanğınların törədilməsi əmlakın məhv edilməsi, hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərməklə müşayiət olunan kütləvi iğtişaşlar törətmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndələrinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddələri ilə ittiham irəli sürülüb. Həm onlar, həm ölkə müxalifəti, həm də beynəlxalq demokratik ictimaiyyət həbsi siyasi sifariş hesab edirlər. 

Qeyd edək ki, ölkənin demokratik qüvvələri, o sırada Müsavat Partiyası məhkəməni yaxından izləmək niyyətindədir. Proses Qərb diplomatik korpusunun da diqqət mərkəzində olacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO