Sentyabr ayının 28-dən 29-na keçən gecə Azərbaycan səhiyyə sistemində növbəti rəzalət yaşanıb. 23 yaşlı gənc xanım Həlimə Abbasova Dəmiryolu Xəstəxanasında doğuş zaman qan itkisindən dünyasını dəyişib. Həlimə Abbasovanın həyat yoldaşı Şərif Quliyevin sözlərinə görə, H.Abbasovanın doğum prosesi ağır keçib və o, çoxlu qan itirib: “Xəstəxanadan mənə bildirdilər ki, yoldaşıma təcili qan lazımdır. Mən Dəmiryol Xəstəxanasının bildirişi əsasında Respublika Mərkəzi Qan Bankına getdim, lakin ordan mənə qan vermədilər”.
Moderator.az-a
açıqlama verən Mərkəzi Qan Bankının baş həkimi Pərvanə Hacıyevanın sözlərinə
görə, sentyabr ayının 28-dən 29-na keçən gecə onlara heç kim müraciət etməyib:
“Biz həmin
gün xəstəxanada növbətçi olan şəxslə əlaqə saxladıq. Onun sözlərinə görə xəstəxanamıza
belə bir müraciət daxil olmayıb. Bundan əlavə biz məsələni dəqiq araşdırmaq
üçün xəstəxanamızın kameralarına da baxdıq və həmin kameralar da belə bir hadisəni
təsbit etməyib. Biz Mərkəzi Qan Bankına yönələn bu ittihamları əsassız hesab edirik və bildirirk ki, əgər bizə belə bir müraciət olsaydı həmin vətəndaş
dərhal qanla təmin olunardı”.
Xəyal Əzizov



































































































