Sentyabrın 30-da prezident İlham Əliyev Elşad Qulamovun Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqda sərəncam imzalayıb.
Moderator.az xəbər verir ki, Elşad İlyas oğlu Qulamov buna qədər Sankt-Peterburqda vitse-konsul işləyib.
Azərbaycanın Sankt-Peterburqda əvvəlki baş konsulu Qüdsi Osmanov olub. O, baş konsul vəzifəsindən bu il aprelin 18-də geri çağırılıb.
Həmin vaxtdan baş konsulun səlahiyyətlərini Elşad Qulamov icra edirdi.



































































































