İstanbuldakı yeni baş konsulun kimliyi bəlli oldu

İstanbuldakı yeni baş konsulun kimliyi bəlli oldu

Hazırda oxunan: İstanbuldakı yeni baş konsulun kimliyi bəlli oldu

33045

Artıq bir neçə gündür ki, mətbuatda 2013-cü il 9 oktyabr prezident seçkilərindən sonra hakimiyyət komandasında ciddi dəyişikliklətrin olacağı, bir sıra mühüm dövlət postlarına yeni təyinatların baş tutacağı ilə bağlı xəbərlər dolaşır.

Bu xəbərlərdən biri- Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalovun görəvdən alınması ilə bağlı olduqca ilginc bilgiləri diqqətinizə təqdim edirik. Moderator.az-ın məlumatına görə, Həsən Zeynalov 2013-cü il seçkilərindən sonra baş konsul vəzifəsindən geri çağrılacaq və onun yerinə nə qədər inanılmaz olsa da çox gənc Orxan Əkbərov təyin olunacaq. Məlumat üçün bildirək ki, Orxan Əkbərov Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun komandasında təmsil olunur və güclü mövqelərə malikdir. Təxminə 3 il bundan əvvələ kimi heç kimin tanımadığı O.Əkbərov bundan əvvəl E. Aslanovun kurasiyasında olan ASAİF təşkilatına rəhbərlik edib. Hazırda isə Elnur Aslanovun birbaşa dəstəyi ilə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədridir. Orxan Əkbərov bu günlərdə AZTV-nin prezidenti, deputat Arif Alışanovla da qohum olmaqla mövqelərini gücləndirib.

Ümumiyyətlə, PA-nın ən gənc şöbə müdiri olmasına baxmayaraq Elnur Aslanov hakimiyyət daxilində ciddi mövqelərə malikdir. Onun dəstəyi ilə Ceyhun Osmanlı, Musa Qasımlı, Rasim Musabəyov parlamentə deputat seçilib. Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov da Elnur Aslanovun dəstəyi ilə vəzifə sahibi olanlardandır. Bundan başqa E.Aslanov böyük QHT və media sektoruna da nəzarət edir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO