Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun ilk vaxtlar gündəmə gətirdiyi eyvan yasağı bu günlərdə yenidən aktuallaşıb.Bu barədə Moderator.az saytını özəl mənbə məlumatlandırıb. Mənbənin bildirdiyinə görə, icra başçısı əsas küçələrə açılan eyvanların ləğvinə qərar verib:
“E.Əzizov hesab edir ki, şəhərin mərkəzi hissəsindəki binaların əsas küçə və magistral yola doğru açılan eyvanları şəhərin estetik görünüşünə xələl gətirir. İcra başçısının fikrincə, buna səbəb vətəndaşların eyvanlardan “düzgün və mədəni” istifadə etməməsidir. E.Əzizovun fikrincə, sakinlərin böyük əksəriyyəti bu eyvanlardan paltar asmaq, artıq əşyalar yığmaq və s. məqsədlərlə istifadə edir ki, bu da kənardan həmin binaya baxan insanlarda heç də xoş təsir bağışlamır. Bu səbəbdən də məlum eyvanların ləğvi qərara alınıb. Əksər mütəxəssislər hesab edir ki, eyvanların ləğvini onları sökməklə deyil, həmin eyvanların kənarlarını hörmək və ortaya iri ölçülü pəncərələr qoymaqla həyata keçirmək daha məqsədəuyğundur. Məhz bu baxımdan yaxın gələcəkdə eyvanların ləğvi prosesinin ikinci mərhələsinə start veriləcəyi gözlənilir”.


































































































