Tofiq Yaqublu evinə zəng vurub

Tofiq Yaqublu evinə zəng vurub

Hazırda oxunan: Tofiq Yaqublu evinə zəng vurub

31839
“Yeni Müsavat”ın həbsdə olan köşə yazarı, Musavat başqanının müavini Tofiq Yaqublu bu gün həbsxanadan ailə üzvlərinə telefon açıb. Bu barədə siyasi məhbusun qızı Nigar Yaqublu özünün Facebook səhifəsində yazıb. Niğar Yaqublununbu təsirli mesajını təqdim edirik: “Bu gün ata zəng etmişdi. Onun üçün çox darıxmışam. Artıq 8 ay oldu ki, onu görə bilmirəm. Və bilmirəm də bu nə vaxta qədər sürəcək. Bu an bir istəyim var. Atanı qucaqlayıb, boynuna sarılıb, onu doya-doya öpmək... 

Bilirəm ki, nə vaxtsa bu həsrət bitəcək və o gün uzaqda deyil. Günahsız yerə həbsdə olan bütün məhbuslara azadlıq arzulayıram”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO