Rasim Balayev ölkə başçısı və birinci xanımla görüşündən danışdı:

Rasim Balayev ölkə başçısı və birinci xanımla görüşündən danışdı: "Sadəcə görüşdük və..."

Hazırda oxunan: Rasim Balayev ölkə başçısı və birinci xanımla görüşündən danışdı: "Sadəcə görüşdük və..."

270405
Ölkə başçısı İlham Əliyev və 1-ci vitse prezident dünən Heydər Əliyevin doğum günü münasibətilə təşkil olunan məclisdə sənət adamlarıyla görüşüblər. Onlardan biri də xalq artisti Rasim Balayevdir. Əgər xatırlayırsınızsa, bir müddət əvvəl sənət adamlarının ölkə başçısıyla təşkil olunan görüşünə R.Balayevin dəvət olunmaması birmənalı qarşılanmamışdı. Hətta sonradan ölkə başçısı R.Balayevə zəng vurub bu barədə söhbət də etmişdi.xa0

R.Balayev Moderator.az-a açıqlamasında ölkə başçısıyla dünənki görüşü haqda məlumat verib:
“Ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım məclisdən gedəndə sənət adamlarıyla görüşürdülər. Orda xalq artistlərindən Arif Babayev, Alim Qasımov, Mələkxanım Əyyubova, Səkinə İsmayılova, xalq şairlərindən Fikrət Qoca və digər dostlar var idi. Onda mən də ölkə başçısıyla və Mehriban xanımla görüşdüm.xa0 İş-güc barədə söhbətimiz olmadı. Sadəcə görüşdük və Ulu öndərin doğum günü münasibəti ilə təbriklərimi çatdırdım”.xa0

Vasif Əlihüseyn

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO