Çeçenistan lideri Ramzan Kadırov bu günlərdə dünyaya gəlmişxa0 ilk nəvəsinə Həzrət Əlinin(s) şərəfinə Turpal-Əli adını qoyub.xa0
Moderator.az bu haqda Dağıstan mediasına istinadla xəbər verir.
Çeçen Respublikasının başçısı sosial şəbəkələrdə yeni doğulmuş körpə ilə bağlı bir video-görüntü yayıb və burada bu balaca oğlana böyük ümidlər bəslədiyini bildirib.xa0 R.Kadırov nəvəsinə Turpal-Ali adı verilməsinin səbəblərini də izah edib.
"Mənim sevimli nəvəm, mənim Turpal-Əlim, sən hələxa0 çox kiçiksən. Amma səni bizə verən Allahxa0 kövrək çiyinlərinə böyük bir məsuliyyət qoyub.xa0 Başqa cür necə ola bilər ki? Birincisi, sən öz adını İslamın böyük sərkərdəsi İmam Əlinin(s) şərəfinə daşıyırsan. İkincisi, sənin atan Peyğəmbərimizin(s) sevimlixa0 əmisi Həmzəninxa0 adını daşıyır. Üçüncüsü, sən çeçen xalqının unudulmaz xilaskarı Əhməd-Hacının nəticəsisən.xa0 Balaca, görürsən,xa0 boynunda nə qədər xeyir və məsuliyyətxa0 var?”-deyə videoya şərhində Çeçenistan başçısı yazıb.
Qeyd edilir ki, körpənin atası Çeçen Respublikası liderinin qardaşı oğluxa0 Həmzət Kadırovdur.xa0 Həmzətin atası Zəlimxanxa0 2004-cü ildə qəza nəticəsindəxa0 faciəli şəkildə həyatını itirib. Bundan sonra Ramzan Kadırov Həmzəti oğulluğa götürüb vəxa0 xa0bu səbəbdən onun ilk övladını özünün ilk nəvəsi kimi qəbul edib.
P.S.xa0 Qeyd edək ki, “Turpal” sözü qədim əfsanəvi “Tulpar” adından götürülüb.
Tulpar (başqırdca: Толпар, qazaxca: Тұлпар, tatarca: Тулпар, qırğızca: Тулпар, rusca: Тулпар və ya Тулпа́р) — türk, qırğız və altay mifologiyasında adı çəkilən qanadlı uçan at, Peqas ilə bənzərdir. Qırğızların Manas dastanında bu uçan qanadlı atlardan söz edilir. Arxeoloji qazıntılar nəticəsində Qazaxıstanda kəşf edilən kurqanda olan qızıl geyimli adam adlı tapıntının başlığında tulpar fiquru vardır.
Tulparın adı, Türk, qırğız və Altay mifologiyalarında keçər. Ümumiyyətlə ağ və ya qara (tək rəng) bir at olaraq təsvir olunur. Ağ qanadları vardır və Kuday (Tanrı) tərəfindən qəhrəmanlara köməkçi olması üçün yaradılmışdır. Dünyanın ən uzun dastanı olan qırğızların Manas dastanında, Manasın məşhur döyüşçülərinin sürdüyü qanadları ilə küləkdən sürətli qaçdığı deyilən əfsanəvi atlardan bəhs olunur. Başqırd inanclarına görə qanadlarını heç kim görə bilməz. Tulpar qanadlarını yalnız qaranlıqda, böyük maneələri və məsafələri aşarkən açar. Əgər biri tərəfindən qanadları görülsə, Tulparın yox olacağına inanırlar. Osetinlər Tolpar, çeçenlər Turpal deyərlər.xa0
Qumuq atalar sözündə belə deyir.
Tulpar yerun birevü buççağunda tapsa da, öz yılkısın tabar.
(Tulpar dünyanın bir başqa küncündə olsa da, öz sürüsünü tapar.)
Sultan Laçın



































































































