Lənkəranda da dağlıq ərazidə yanğın baş verdi - VİDEO

Lənkəranda da dağlıq ərazidə yanğın baş verdi - VİDEO

Hazırda oxunan: Lənkəranda da dağlıq ərazidə yanğın baş verdi - VİDEO
268373
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Lənkəranda dağlıq ərazidə yanğın baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Lənkəran rayonunun ucqar dağ kəndi olan Gərgiranda açıq sahədə başlayan yanğın Hirkan Milli Parkının ərazisinə keçib. 

Hadisə bələdiyyəyə məxsus təxminən 2 hektar ərazidə qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə Hissəsinin 2 texnikası və 15 nəfərlik şəxsi heyəti cəlb olunub. Həmçinin aidiyyəti qurumların nümayəndələri və Hirkan Milli Parkının rəhbərliyi də hadisə yerinə gedib.
 

Yanğın lokallaşdırılıb. Hazırda bəzi sahələrdə tüstülənmə müşahidə olunsa da, yanğın tam nəzarət altındadır.


Qeyd edək ki, bu gün Gədəbəydə də dağlıq ərazidə yanğın olub. Yanğın nəticəsində 1.5 ha sahədə quru ot və kol-kos yanıb.


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO