İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycandan seçilmiş hakimə də diplomatik pasport veriləcək.
Bununla bağlı Prezident İlham Əliyev “Pasportlar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Dəyişikliyə əsasən, Xarici İşlər Nazirliyi diplomatik pasportu İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakiminə də verəcək.(report)



































































































