Xətai Rayon Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun barəsindəki şərti məhkumetmənin götürülməsi ilə bağlı şikayətə baxılıb.xa0
Məhkəmə M.Məmmədovun iddiasını təmin edib və onun məhkumluğu götürülüb.xa0
Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən sabiq Aparat rəhbəri Vidadi Zeynalov, M.Məmmədov və digərləri 2015-ci ildə həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalov 13 il və M.Məmmədov isə 5 il 7 ay müddətinə azadlıqdan məhrum olunub.xa0
Hökmə əsasən, M.Məmmədova şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Bakı Apellyasiya Məhkəməsi V. Zeynalovun cəzasını dörd ilə endirib. (oxu.az)


































































































