Temu insanları aldadır? – Şirkətdən AÇIQLAMA

Temu insanları aldadır? – Şirkətdən AÇIQLAMA

Hazırda oxunan: Temu insanları aldadır? – Şirkətdən AÇIQLAMA
258863
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Çinin populyar onlayn alış-veriş platforması olan Temu son aylar artan sayda dələduzluq və fırıldaqçılıq halları ilə gündəmə gəlib.
 

MÖVZU İLƏ BAĞLI:

Temu insanları aldadır


ABŞ və Kanadada bir neçə ştatda rəsmilər bu platforma ilə bağlı hüquqi addımlar atmağa başlayıb, istifadəçilər isə aldadıldıqlarını bildirir.

Şikayətlərə əsasən, Temu üzərindən sifariş verilən məhsulların bir çoxu ya ümumiyyətlə çatdırılmır, ya da keyfiyyətsiz və ya saxta formada müştərilərə təqdim olunur. Bəzi hallarda istifadəçilərə təqdim edilən məhsulların, reklam edilənlərlə heç bir əlaqəsi olmur. ABŞ-da Better Business Bureau platforma ilə bağlı 2700-dən çox şikayət qəbul etdiyini açıqlayıb.

Məsələ ilə bağlı Temu-dan Bizim.Media-ya bildirilib ki, hər bir müştərinin problemini həll etmək üçün "Temu" BBB ("Better Business Bureau") ilə yaxından əməkdaşlıq edir və gözləntiləri qarşılamayan yaxud yalnış çatdırılan məhsullara görə ödənişlərin geri qaytarılması üçün 90 günlük Alıcı Müdafiəsi Proqramı tətbiq edir:

“Biz bazar standartlarına uyğun ciddi nəzarət prosesi vasitəsilə məhsulun keyfiyyətinə üstünlük veririk.

Nebraska Baş Prokurorunun iddiası əsassızdır və onlayn mənbələrə əsaslanan, o cümlədən əldən-ələ (vasitəli) satışla məşğul olan onlayn satıcıların dezinformasiyasına əsaslanır.

"Temu"nun data təcrübələri şəffafdır və xidmətlərimizi təmin etmək, və təkmilləşdirmək üçün yalnız lazım olan ən minimal məlumatları toplayırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO