“Universitetlərimiz AMEA-nın institutları ilə bərabər işləyəcək qədər yüksəlməyib”

“Universitetlərimiz AMEA-nın institutları ilə bərabər işləyəcək qədər yüksəlməyib”

Hazırda oxunan: “Universitetlərimiz AMEA-nın institutları ilə bərabər işləyəcək qədər yüksəlməyib”

255166
Sosioloq alim, Əhməd Qəşəmoğlu Moderator.az-a açıqlamasında Azərbaycan elmində görülməli olan işlərdən, Azərbaycan Milli Elmlər Akademiyasında keçiriləsi islahatlar barəsində danışıb.
O, 1994-cü ildə Milli Məclisdə Humanitar Tədqiqatlar və Proqnozlaşdırma Mərkəzin rəhbəri olan zaman hazırladığı islahatlar paketini bir daha yada salmaqla söhbətə başlayır:
xa0xa0
“Deyirdilər ki, AMEA ləğv olunsun, amma...”

- 25 il bundan qabaq hazırladığım islahatlarla bu gün də eyni fikirdəyəm. Bizim yaşlı nəslin yadındadır ki, Milli Elmlər Akademiyasının ləğv edilməsi ilə bağlı məsələ qaldırılmışdı. O vaxt Milli Məclisin bir strukturu olaraq, mənə həvaləxa0 olundu ki, məsələ ilə bağlı arayış hazırlayım. Akademiyanın rəhbərliyi, akademiklərlə bir ay müddətində geniş söhbətlərim oldu. Hazırladığım arayışda əsas meyar belə idi ki, akademiyanı tamamilə ləğv etmək doğru olmaz, amma oranı elə bir quruma çevirmək lazımdır ki, bu qurum ölkədə tərəqqi üçün lazım olan bütün elmi tədqiqatların başında dayansın. O elmi tədqiqatların elmi generatoru rolunu oynasın.xa0

İxtisarlar məsələsi – ən çox müzakirə olunan mövzu

- Eyni zamanda,xa0 bir təklifim də belə olmuşdu: Akademiyada, tabeliyindəki institutlarda çalışanları ixtisar etmək çox çətin olar. Çünki elə institut var ki, orada 300-dən artıq insan işləyirdi. Yəni, onların təqaüd məsələsini elə təmin etmək lazım idi ki, o insanlar işdən azad olunanda sosial çətinliyə düşməsinlər. Alimlərin təqaüddən sonrakı çətinliyi ilə də bağlı bəzi müavinətlər nəzərə alınmaqla institutlarda işçilərin sayının azaldılmasına ehtiyac var idi. O vaxt belə düşünürdüm ki, ölkənin indiki vaxtda, müstəqil dövlət quruculuğunda qarşısında duran hansı ciddi məsələlər varsa, o sahələr üzrə elmi tədqiqatlara çox ciddi diqqət yetirmək, elmi təminatı ön plana çəkmək lazımdır. Buna uyğun olaraq da Akademiyanın strukturunda həmin mövzularla bağlı məşğulxa0 institutlara diqqət artırmaq gərəkdir. Amma bu institutlarda hökm deyildi ki, çox sayda adam işləsin”.

Alimlərin “transferi” , amma olmadı...

- Necə ki, biz kənardan futbolçu dəvət edirik, eləcə də, dünyanın görkəmli alimlərini akademiyaya dəvət edə bilərdik. Özü də o sahələrdə ki, oralardaxa0 zəifxa0 tərəflərimiz daha çoxdur.
Dünyanın hər tərəfindən güclü alimləri dəvət etmək olardı. Tarixdən də bildiyimiz kimi, Azərbaycan Xalq Cümhuriyyəti dövründə də dünyanın bir çox yerlərindən alimlər ölkəmizə dəvət olunmuşdu.
Yəni, buxa0 bütün ölkələrdə də belədir ki, öz sahəndə elmin hansı tərəfi zəifdirsə, başqa ölkədən müəyyən müqavilə, əməkhaqqı ilə ciddi alimlər dəvət olunur. Burada məktəblər yaradılır, həmin alimlər orada seminarlar, konfranslar keçirlər. Bax, bu sahədə islahatlar aparsaq, daha faydalı olar.xa0
“Əsli-köklü” elmlərə inam: ”Amma yenə də islahatlar lazım”
-Elmin müəyyən sahələri var ki, onlar birbaşa fundamental inkişafla bağlıdır. Yəni, hər hansı sahədə müəyyən elmi baza varsa, elə institutları saxlayıb, qorumaq olar. Amma belə strukturlar dünyanın qabaqcıl mərkəzləri ilə qarşılıqlı əlaqədə olmalıdırlar. Əgər mən dediyim sahədə AMEA-da elmi islahatlar aparılsa, onda bizim akademiyamız ölkəmizin inkişafı üçün, tərəqqimiz üçün çox ciddi işlər görə bilər. Çünki indiki dövr elmi idarəetmə dövrüdür.xa0

Toyuq hini üçün də elm

- İndiki vaxtda adicə bir toyuq hinini belə elmi əsaslarsız quranda sonra baxırsan ki, burda nəsə havalanma sistemi, ya hansısa bir sistem çatışmır. Əgər toyuq hinini tikmək üçün elm tələb olunursa, istənilən bir sahədə daha güclü elmi tətbiqə ehtiyac var. Bax bugün hər gün mən müxtəlif saytlara müsahibə verirəm, lakin hər şeyi sosial problemi, tək təkliflə həll etmək olmaz, bunların arxasında ciddi elmi təminat durmalıdır. Bu elmi təminat daxa0 elmi qurumlarda inkişaf etməlidir. Bütün bunların başında Milli Elmlər Akademiyası dayansa, yüksək səviyyəli elmi araşdırmalarla bağlı akademiyanın mövcudluğu hər sahədə daha yüksək səviyyədə elmi təminata kömək edə bilər.xa0
Bax onda akademiya Milli Müstəqil Dövlətçiliyimizin inkişafında, Qarabağ probleminin həllində, istənilən bir sahədə çox böyük rol oynaya bilər.xa0

“Universitet-universitet” deyirlər, amma...

- Tez-tez deyirlər ki, xarici ölkələrdəxa0 bütün elmi tədqiqatlar universitetdə gedir, akademiyanı ləğv edib, institutları universitetlərə verək. Bu bizim ölkə üçün yararlı deyil. Çünki bizim universitetlər hələ o səviyyədə deyil; akademiyanın institutları ilə eyni səviyyədə işləyəcək qədər yüksəlməyib. Ola bilsin, sonralar elə bir səviyyə çatsınlar, amma bu gün heç bir universitetdə elə bir baza yoxdur ki, akdemiyanın hansısa bir institutunu özünə birləşdirib, onunla digər ölkələrdəki kimi iş birliyi qursun. Ona görə bu sahədə addım atsaq çox böyük səhvə yol verərik, necə ki bunu bir çox müttəfiq respublikalarda ediblər. İndi onlar da haray salıblar ki, çox səhv etmişik.xa0

Əsas məsələ

- Biz Milli Elmlər Akademiyasını islahatlar aparmaqla daha da nüfuzlu olmasını təmin eləməliyik. Təbii ki, burada da əməkhaqqı çox yüksək olmaldır ki, ciddi alimlər işləsin və o ciddi alimlər də özünü ancaq elmə həsr eləsin.xa0

Ülviyyə Qarayeva
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO