Cənnət adasında işçilər axtarılır. Moderator.az xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında yerləşən, ən böyük dörd şəhərdən biri olan San-Fransiskoda balaca bir adada hotelə 65 min dollar maaşla işçi axtarılır. Hotelin işlədilməsi üçün iki adam cavabdeh olmalıdır.xa0
1800-cü illərdən qalan hotel “East Brother” adasında “Sa Pablo və San-Fransisko” körfəzlərini ayıran boğazın ortasında yerləşir.
Personal üçün təklif olunan maaş iki adama 130 min dollardır. İşçilər yemək, təmizlik, ərzaq tədarükü və müştərilərlə mehriban davranışa görə, məsuliyyət daşıyırlar. İşə qəbul olmaq istəyənlərin kater idarə edə bilməsi vacibdir. Onların siqaret çəkməmələri arzuolunandır.xa0
Vasif Əlihüseyn









































































































