Varşavada “Birbaşa dəmir yolu bağlantısı haqqında Konvensiya” müzakirə olunub

Varşavada “Birbaşa dəmir yolu bağlantısı haqqında Konvensiya” müzakirə olunub

Hazırda oxunan: Varşavada “Birbaşa dəmir yolu bağlantısı haqqında Konvensiya” müzakirə olunub
249393
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Polşanın paytaxtı Varşavada “Birbaşa dəmir yolu bağlantısı haqqında Konvensiya” mətninin qəbuluna dair Beynəlxalq Konfransın V sessiyası keçirilib. Sessiyada DYƏT-ə üzv olan 23 ölkənin nümayəndə heyətləri, həmçinin DYƏT Komitəsinin, Avropa Birliyinin və Avrasiya İqtisadi Komissiyasının nümayəndələri iştirak ediblər.

Azərbaycanı bu tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin Hüquq şöbəsinin rəisi Nicat Quliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Heyət tərkibinə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin böyük məsləhətçisi Ayxan Əlməmmədov və “Azərbaycan Dəmir Yolları” QSC Hüquq şöbəsi müqavilələr bölməsinin rəisi Türkan Yusibova daxil idilər.

Tədbir gündəliyi çərçivəsində Polşa İnfrastruktur nazirinin müavini Andjey Bittel Konfrans sədrinin müavini vəzifəsinə seçilib.

Sessiyada Konvensiyanın əsas mətninin müzakirəsi davam etdirilib. Müzakirələr nəticəsində Konvensiya layihəsinin 39–49-cu maddələrin mətni qəbul edilib.

Azərbaycan nümayəndə heyəti sessiyada müzakirəyə çıxarılan Konvensiya maddələrinə dair bir sıra təkliflər irəli sürüb. Digər nümayəndə heyətləri həmin təkliflərin bir çoxunu dəstəkləyib və onlar Konvensiyanın əsas mətninə daxil edilib.

Tədbirdə Beynəlxalq Konfransın VI sessiyasının tarixi və gündəliyi də müzakirə olunub. Növbəti sessiyanın 25-29 mart 2019-cu il tarixində Varşavada keçirilməsi qərara alınıb
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO