Zaqatalada ağır qəza: Xəsarət alanlar var – FOTO

Zaqatalada ağır qəza: Xəsarət alanlar var – FOTO

Hazırda oxunan: Zaqatalada ağır qəza: Xəsarət alanlar var – FOTO
245588
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gecə saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində üç müxtəlif markalı avtomobilin iştirakı ilə yol qəzası qeydə alınıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki,  belə ki, “Mercedes” markalı minik avtomobili sərnişin daşıyan “Mercedes-Vito”nu vurandan sonra qarşıdan gələn “BMW” markalı minik avtomobili  ilə toqquşub.

Hadisə şahidləri bildirirlər ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsini sürətlə idarə edirmiş.

Qəza zamanı üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin tibbi yardım göstəriləndən sonra yaralılar xəstəxananın cərrahiyyə korpusuna yerləşdirilib. Hazırda yaralıların müayinəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma başlanılıb. 


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO