Üç ildə Azərbaycanda 5 min uzunqulaq yoxa çıxdı

Üç ildə Azərbaycanda 5 min uzunqulaq yoxa çıxdı

Hazırda oxunan: Üç ildə Azərbaycanda 5 min uzunqulaq yoxa çıxdı

243951
Son 3 il ərzində Azərbaycana uzunqulaq idxal edilməyib. Bu barədə Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov bildirib.

R.Süleymanov hazırda mövcud olan uzunqulaqların statistikasını da açıqlayıb:

“2016-cı ildə 35 816 baş, 2017-ci ildə ölkədə 34068 baş, 2018-ci ildə 30 854 baş uzunqulaq mövcud olub”.xa0

Rəsmi məlumata görə, uzunqulaqların çox hissəsindən, yəni 78,3 faizi regionlarımızda əsasən yük daşımalarında istifadə olunur. Eşşəklərdən daha çox Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Samux, Göygöl, Goranboy, Şəki, Astara, Lerik, Yardımlı, Cəlilabad, Xaçmaz, Sabirabad, Ağsu, Şamaxı, Şərur və Şahbuz rayonlarında istifadə edilir.(modern)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO