“Cavanşirin adını mən qoymuşam...”
 -Yubiley təbriki...

“Cavanşirin adını mən qoymuşam...” -Yubiley təbriki...

Hazırda oxunan: “Cavanşirin adını mən qoymuşam...” -Yubiley təbriki...

241174

Bu gün tanınmış tənqidçi, filologiya elmləri doktoru, tərcüməçi Cavanşir Yusiflinin doğum günüdür. Bu gün altmış yaşı tamam olan C.Yusifli 1958-ci ilin bu günü Masallı rayonunda anadan olub.xa0

Bu münasibətlə öz qardaşını təbrik edən filologiya elmlər doktoru Vaqif Yusifli Moderator.az-a açıqlamasında qardaşına təbriklərini çatdırdı:

“Mən çox sevinirəm. Cavanşirin həyatında, taleyində müəyyən rolum olub. Onu deyim ki, 1958-ci ildə Cavanşirin adını mən qoymuşam. Kənd kitabxanasından Mehdi Hüseynin əsərlərini götürüb oxuyurdum və orda “Cavanşir” pyesi xoşuma gəldi. Uşaq da doğulanda onun adını Cavanşir qoydum və buna atam-anam da etiraz etmədi. Cavanşir orta məktəbdə də yaxşı oxuyub. O, daha çox fizika, riyaziyyat kimi elmlərə maraq göstərirdi. Sənədlərini tibb universitetinə verdi və konkursa düşdü. Sonra hərbi xidmətə getdi. Əsgərlikdən qayıtdıqdan sonra ona dedim ki, humanitar yolu seç. O, bununla məşğul oldu və Azərbaycan Dillər Universitetinin fransız dili fakülitəsinə daxil oldu. Universiteti bitirəndən sonra iki il Yardımlıda və bizim kənddə müəllim işlədi. Sonra aspiranturaya daxil oldu. “Azərbaycan”, “Ulduz” jurnallarında yazıları çap olundu. Mənim ona bu mənada heç bir köməyim dəyməyib. O, ümumiyyətlə çox istedadlı adamdır. Fransız, ingilis, rus dillərini bilir və tərcümələr edir. Həmişə demişəm ki, onunla fəxr edirəm. Cavanşir elmlər doktorudur. Nəzəriyyəçi alim və ədəbiyyat tarixçisi kimi mətbuatda çıxışlar edir. Onu bir daha altmış yaşı münasibəti ilə təbrik edirəm”.

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO