“Polisə Dəstək” İctimai Birliyi daha bir tədbir keçirib

“Polisə Dəstək” İctimai Birliyi daha bir tədbir keçirib

Hazırda oxunan: “Polisə Dəstək” İctimai Birliyi daha bir tədbir keçirib
230505
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

23 iyun 2018-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Pİ-də “İnsan alverinə qarşı mübarizənin təşkili” mövzusunda DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin, Rayon polis əməkdaşlarının, ictimai fəalların, polis veteranlarının, rayon icra hakimiyyətinin struktur üzrə nümayəndələrinin, o cümlədən, səhiyyə, təhsil, mədəniyyət turizm, idman və gənclər nazirlikləri nümayəndələrinin, habelə KİV-lərin iştirakı ilə geniş seminar mühazirə keçirilib. Bu barədə Moderator.az-a Polisə Dəstək İB-nin mətbuat xidməti məlumat verib. Məlumata görə, seminarı giriş sözü ilə rayon Polis idarəsinin rəis müavini Sədi İsmayılov açaraq DİN-nin insan alverinə qarşı mübarizənin vəziyyətindən, bu cinayətlərin qarşısının alınması sahəsində profilaktik və maarifləndirmə tədbirlərinin geniş aspektdə həyata keçirilməsi ilə bağlı iştirakçılara məlumat verib. Sonra məruzə üçün söz Polisə Dəstək İB-nin sədri Şəmsəddin Əliyevə verilmişdir. O, İnsan alverinin, sosial hüquqi hadisə kimi ictimai orqanizmin normal inkişafına mane olan, insanların sosial davranışlarına, onların iradə azadlığına və psixikasına neqativ təsir edən faktorlar, insan alverini doğuran səbəblərin aradan qaldırılması və bu işin nəzarətdə saxlanılması, habelə onun xəbərdarlığı və profilaktikası üçün vətəndaşların iştirakına böyük ehtiyac olduğu, DİN-nin insan alverinə qarşı mübarizəni əks etdirən statistik məlumatları diqqətə çatdırıb və insan alveri qurbanlarının hər birinə dövlət tərəfindən birdəfəlik müavinətin verilməsi, onların işlə təmin edilməsi və əksər hissəsinin peşə kurslarına göndərilməsi barədə məlumat verilib.xa0

Seminarda İnsan alverinə qarşı mübarizədə ictimaiyyətlə əlaqənin gücləndirilməsi və bu cinayətin qarşısını almaq üçün ictimai dəstəyin təmin edilməsi də əhəmiyyat daşıyan xarakterik cəhət kimi vurğulanmış, DİN-in İnsan Alverinə qarşı mübarizə Baş İdarəsinin əməkdaşlarınaxa0 yardımçı olmaq tövsiyə edilmişdir.

Bu mənada, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli əməllərdən,sağlamlığa ziyan vuran, ictimai mənəviyyatın pozulmasına təsir edə biləcək,xa0 hüquqa zidd hərəkətlərdən qorunmaq və bu istiqamətdə olan mübarizə işinə ictimaiyyətin dəstəyini təmin etmək imkanı yaranır-deyə Ş.Əliyev çıxışını yekunlaşdırmışdır. Seminarda rəisin şəxsi heyətlə iş üzrə köməkçisi Vüsal Sərdarov da çixiş etmiş, layihənin strateji mövqeyindən danişmış, əhali arasında insan alveri cinayətlərinin anlayışını, insanınxa0 əşya kimi, köləliyə bənzər üsulla alınıb – satılmasını dərk edilən anlamda vətəndaşlara çatdırmaq və onları belə hərəkətlərdən çəkindirmək məsələlərinə toxunub. Tədbirin sonunda iştirakçılara QHT Şurasının maliyə dəstəyi ilə nəşr edilən 74 səhifədən ibarət kitabçalar paylanılıb. Tədbir maraqla izlənilmiş və suallara mahiyyəti üzrə cavab verilib.


Seymur Əliyev

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO