...12xa0 may 2018-ci ildəAzərbaycanın ilkPrezidenti Ayaz Mütəllibovun 80 illik yubileyi tamamlandı. Bu münasibətlə Moderator.az-ın rus versiyasının əməkdaşıxa0 tarixin çox mürəkkəb və ziddiyyətli bir dövründə Azərbaycanın müstəqil dövlətçiliyinin formalaşmasında vacib rol oynamış bu dövlə txadimindənxa0 geniş müsahibə götürüb.
Eks-prezidentin həyatının bütünəsas mərhələlərini əhatə edənxa0 müsahibədə Azərbaycanın sabiq rəhbərinin tərcümeyi-halının gözlənilməz məqamları üzə çıxır. Məsələn, məlum olur ki, nə vaxtsa sovet dövründə Ayaz Mütəllibov 5 il ərzində hazırda erməni işğalı altında olan Şuşa şəhərində yaşayıb...
Azərbaycanın ilk Prezidenti ilə yubiley müsahibəsinin dördüncü hissəsininxa0 ən maraqlı məqamlarının tərcüməsini diqqətinizə çatdırırıq...

“Atam məni qarşısında əyləşdirib iki nəsihət verdi...”
(Materialın əvvəlki hissələri üçün bu linkə baxın: //www.moderator.az/news/225793.html )
-Ayaz müəllim 1966-cı ildə Sizi Bakı soyuducuxa0 və məişət maşınları zavodununxa0 direktoru, 1974-cü ildə isə “Bakelektrobıtmaş” İstehsalat Birliyinin baş direktoruxa0 təyin etdilər. Həmin illərdə nədənsə narazılığınız var idimi? Həm mənəvi, həm maddi baxımdan...
xa0
-Xeyr. Mən öz işim və həyatımdan razı idim... Birincisi, halal zəhmətlə yaşamaq bizim ailənin ənənəsi idi... Atam da, anam da bizi bu ruhda tərbiyə etmişdilər... Birxa0 dəfə, 9-cu sinifdə oxuyanda atam məni çağırıb qarşısında əyləşdirdi və ikixa0 nəsihət etdi. Birincisi, ali təhisl almaq.. Bu vaxt həyətimizdə fəhlələr nəsə tikirdi. Atam mənə belə bir məqamı göstərdi.xa0 İki fəhlə xərəkdə nəsə ağır bir şey aparır, digər səliqəli geyinmiş bir kişi isə əli cibində onlara nəzarət edirdi. “Bax, əlləri cibində dayanan ali təhsillidir, diplomu var...xa0 O biri iki nəfərin isə diplomu yoxdur. İndi özün yolunu seç...” deyə atam bildirdi.xa0xa0
Atamın ikinci nəsihəti isə təxminən belə idi: “Oğul, daim halal zəhmətinlə yaşa. Elə yaşa və işlə ki, gecələr rahat yuxu yata biləsən... Çalış, çalış və o zaman əmək haqqın da artacaq...”
Atamın nəsihətlərini yerinə yetirdim.xa0 Ali təhsil aldım ... Və bütün həyatım boyu halallıqlaxa0 yaşamağa çalışdım ... Zavod müdiri olaraq mənim əmək haqqım o zaman ailəmi normal təmin etmək üçün kifayət edirdi ...
Mənəvi baxımdan ona görə razı idim ki, 28 yaşımda məni belə problemli və mürəkkəb bir zavodun direktoru təyin ediblər... İlk baxışdan sadə görünən soyuducu əslində kifayət qədər mürəkkəb məişət cihazıdır... Və təsadüfi deyil ki,xa0 hətta Moskvada soyuducuları hərbi və maşınqayırma zavodlarında istehsal edirdilər. Soyuducuda işlənən bir çox detallar aviasiyada və dəqiq maşınqayırmada da tətbiq edilirdi...xa0 Buna görə də biz Bakı Soyuducu zavodunda da bir çox problemlərlə rastlaşırdıq...Binamız və avadanlıqlarımız da köhnə idi... Bütün bu çətinliklərə baxmayaraq mən bu zavodu adi məişət cihazı istehsal edən müəssisədənxa0 yüksək səviyyəli bir müəssisə səviyyəsinə qaldırdım. Mən direktor gələnədək zavodda soyuducular əllə yığılırdı. Ancaq mən zavodu təhvil verəndə müəssisəxa0 tamamilə avtomatlaşdırılmışdı.xa0 Bir tərəfdən materiallar daxil olur, digər tərəfdən isə hazır şəkildə soyuducular buraxılır, paketlənir və dərhal vaqonlara yüklənirdi...
Belə çalışqanlığımız və əməyimiz nəticəsindəxa0 Moskvada “Xalqlar dostluğu” jurnalında zavodumuzun nailiyyətləri haqqında bir məqalə dərc olundu ...Onu da deyim ki, soyuducu zavodunda işləmək mənim üçün sanki akademiyaxa0 oldu. Bu müəssisədə işləmədən sonradan “Bakəelektrobıtmaş” İstehsalatxa0 Birliyini, daha sonraxa0 Yerli Sənaye Nazirliyini, Dövlət Planlaşdırma Komitəsini idarə edə bilməzdim...

xa0
-Ayaz mellim, maraqlıdır, o dövrdəAzərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olan Heydər Əliyevlə ilk görüşünüz nə vaxt olub? Yəqinki, Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi təyin olunanda?..
- Xeyr, bundan əvvəl mərhum Heydər Əliyevlə görüşmüşdüm. 1974-cü ildə mən “Bakelektrobıtmaş” İstehsalat Birliyinin baş direktoru təyin olunanda... Bir az əvvəlxa0 Yaponiya texnologiyasına əsaslanan Sumqayıt kompressorlar zavodu da mənim tabeliyimə verildi.xa0 SSRİ Yüngül Sənaye naziri V.N. Doenin mənə zəng etdi və dedi ki, sizin zavodun soyuducularınıkompressorlarla problemsiz təmin etməyiniz üçün Sumqayıt Kompressorlar zavodunu sizin tabeliyinizəxa0 verirəm... Mən razılaşdım. Nazir SSRİ Nazirlər Soveti səviyyəsində “Bakelekrobıtmaş” İstehsalat Birliyi yaradılması məsələsini qaldırdı. Və günlərin birində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sənaye şöbəsinə dəvət olundum.xa0 Oradaxa0 mənə məlumat verildi ki, “Bakelektrobıtmaş” İstehsalat Birliyinin Baş direktoru vəzifəsinə təyin edilməm məsələsi Mərkəzi Komitənin bürosunda müzakirə olunur. O zaman qaydaxa0 belə idi: Moskva belə təyinatları Azərbaycanla razılaşdırırdı. Buna görə nazirimiz də Bakıya gəldi. Sonra Heydər Əliyev bizi qəbul etdi. Birinci katiblə çox yaxşı və maraqlı söhbətimiz oldu ... Heydər Əliyev mənimlə özünün qonaq evində nazirimiz Doeninlə birlikdə söhbət etdi.xa0
“Deməli, səni baş direktorxa0 təyin ediblər, hə?”–deyə Heydər Əliyev soruşdu. “Bəli, Heydər müəllim”- cavab verdim. “Sən bir sözə bax,xa0 baş direktor?” – deyə Heydər Əliyev zarafat etdi və güldü ...xa0
O zaman Sovet İttifaqında ən yüksəkxa0 vəzifə postu belə adlanırdı: “Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi ...”
(Davamı var)
Söhbətləşdi: Sultan Laçın






































































































