Məhkəmə arvadını və körpə qızını öldürən şəxslə bağlı qərar verdi

Məhkəmə arvadını və körpə qızını öldürən şəxslə bağlı qərar verdi

Hazırda oxunan: Məhkəmə arvadını və körpə qızını öldürən şəxslə bağlı qərar verdi
225672
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Abşeron rayonunun Qobu qəsəbəsində həyat yoldaşını və körpə qızını öldürməkdə təqsirləndirilən Fərid Hüseynlinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Fərid Hüseynlinin şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə 2023-cü ilin iyun ayında Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb.

İttihama görə, 1993-cü il təvəllüdlü Fərid Firdovsi oğlu Hüseynli 2003-cü il təvəllüdlü həyat yoldaşı Leyla Əlişan qızı Hüseynliyə və 8 aylıq körpəsinə kəsici-deşici alətlə xəsarət yetirərək öldürüb. Daha sonra o özünə xəsarət yetirib və xəstəxanaya yerləşdirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Fərid Hüseynli Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.


Xatırladaq ki, Leyla Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO