Beynəlxalq federasiyanın prezidenti Azərbaycanlı qadınlarla görüşüb

Beynəlxalq federasiyanın prezidenti Azərbaycanlı qadınlarla görüşüb

Hazırda oxunan: Beynəlxalq federasiyanın prezidenti Azərbaycanlı qadınlarla görüşüb
225636
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Deputat, siyasi elmlər doktoruxa0xa0Q.Paşayeva və Azərbaycanın bir qrup fəal qadınları -İqtisad Universitetinin prorektoru Səadət Qəndilova, Bakı Dövlət Universitetinin müəllimi Həbibə Qələndərova, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının idarə heyətinin sədrixa0Səkinə Babayeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova, İşgüzar qadınlar cəmiyyətinin sədri Sürəyya İsmayılova, fəal qadınlarımız Məlahət Qəhrəmanova, Yeganə Malkoç, Naibə Abdullayeva, Tünzalə Bakıxanova, Aynura Ağasiyeva, Sevda Nəcəfova, Sujayat Məmmədovaxa0, Həqiqət Abbasova, Janilya Qafarova, Pərvanə Mustafayeva, Yeganə Əliyeva, Royala Şirinova, Cəmilə İsmayılova, Zöhrə Məsiyeva, Ramilə Şirinovaxa0Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidentixa0Amany Asfourla görüşüblər.

xa0

Moderator.azxa0xəbər verir ki, görüş zamanı Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidentixa0Amany Asfoura Azərbaycan, ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu istiqamətdə həyata keçirilən layihələr, qadınların cəmiyyətdə rolunun genişlənməsi ilə bağlı məsələlərin dövlət siyasətinin tərkib hissəsi olması ilə bağlı geniş məlumatlar verilib.

xa0

Q.Paşayeva xüsusilə Qarabağ həqiqətləri ilə də bağlıxa0 Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidentixa0Amany Asfoura məlumatlar verib, fikir mübadiləsi aparılıb.

xa0

Deputat bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün fəal qadınlar köçkün qadınların yanında olmalıdır.xa0

xa0

Azərbaycan mədəniyyəti, Qarabağ həqiqətləri ilə bağlı materialları Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidentixa0Amany Asfoura təqdim edən millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib və "sizi hər zaman Azərbaycanda görməkdən şad olacağıq" deyib.xa0

xa0

Azərbaycanla əməkdaşlığı genişləndirməkdə çox maraqlıyır deyən Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidentixa0Amany Asfoura Azərbaycana səfər etmək istədiyini və rəhbərlik etdiyi beynəlxalq təşkilatla Azərbaycan arasında əməkdaşlığın genişlənmədinə çalışacağını deyib.

xa0

xa0Azərbaycan qadınlarını bu beynəlxalq platformada da aktiv görmək istəyirik deyənxa0xa0Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidentixa0Amany Asfoura ölkəmizdə qadınlarla bağlı həyata keçirilən layihələri maraqla dinlədiyini və məmnuniyyətverici olduğunu deyib və Azərbaycan qadınlarına uğurlar diləyib.xa0xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO