Prezident Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında iştirak etdi

Prezident Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında iştirak etdi

Hazırda oxunan: Prezident Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında iştirak etdi

225425
Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Müəllimlər İnstitunun yeni binasının açılışında iştirak edib.xa0

APA-nın məlumatına görə, dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlət başçısına məlumat verib ki, altı mərtəbədən ibarət olan bu ali təhsil ocağında ümumilikdə 23 auditoriya var. Binada 4 kompüter otağı, 16 elektron lövhəli auditoriya, kitabxana və oxu, eləcə də elektron oxu zalları, rəngkarlıq və heykəltəraşlıq emalatxanaları var.

Bina ilə tanışlıqdan sonra prezident İlham Əliyev ali təhsil ocağının kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO