“Qoca”nı həbsxanadan qaçıranların həbs müddəti artırıldı

“Qoca”nı həbsxanadan qaçıranların həbs müddəti artırıldı

Hazırda oxunan: “Qoca”nı həbsxanadan qaçıranların həbs müddəti artırıldı
224945
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
“Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun həbsxanadan qaçmağına kömək etməkdə təqsirləndirilərək həbs edilən Günay Atakişiyeva və onları aparan taksi sürücüsü Məhəmməd Hacıyev həbs müddəti artırılıb.

Nəsimi Rayon Məhkəməsində istintaq orqanının bu barədə təqdimatına baxılıb. Hakim Babək Pənahov təqdimatı təmin edib və hər iki şəxsin həbsdə qalma müddəti 3 ay uzadılıb.

Sumqayıt şəhər sakini və evdar qadın olan Günay Atakişiyeva könüllü olaraq “Qoca”nın qaçmağını təşkil edib. O, Nəsimi rayon Məhkəməsində özünü təqsirli bildiyini deyib.

Təxminən 30 yaşlı subay qadın “Qoca”nı əvvəldən tanıdığını deyib. O bildirib ki, bu əməlini pul və ya hər hansı başqa qarşılıq müqabilində yox, sadəcə tanışı Etibara kömək etmək istədiyi üçün edib.

Qeyd edək ki, Günay Atakişiyeva taksi tutaraq “Qoca”nı Qazaxda sərhəddən keçirməyə cəhd edib. Rayon ərazisində maşınların yoxlanılması zamanı E.Məmmədov düşüb qaçıb, o isə ələ keçib.

Daha sonra E.Məmmədovun saxlanılması üçün keçirilən əməliyyat zamanı müqavimət göstərdiyi üçün öldürülərək zərərsizləşdirilib.

Müğənni Fədayə Laçın da “Qoca”ya kömək etməkdə təqsirləndirilərək həbs edilib.(Qafqazinfo)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO