"Kənd təsərrüfatındakı məhsuldarlıq mövcud potensialdan qat-qat aşağıdır, ona görə də..."

Hazırda oxunan: "Kənd təsərrüfatındakı məhsuldarlıq mövcud potensialdan qat-qat aşağıdır, ona görə də..."

219651
Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun çoх böyük inkişaf potensialına malik əsas sahələrindən biridir. Taхılçılıq, üzümçülük, pambıqçılıq, tütünçülük, çayçılıq, meyvəçilik, tərəvəzçilik, heyvandarlıq, ipəkçilik və arıçılıq ölkəmizin kənd təsərrüfatının ənənəvi sahələridir. Dövlət aqrar sahədə istehsalçıları qorumaq və onları istehsalın genişləndirilməsinə təşviq etmək məqsədiylə subsidiya sistemi və mexanizmi formalaşdırıb. Beynəlxalq praktikadan məlumdur ki, subsidiya aqrar sektora dəstəyin təşviq aləti kimi kənd təsərrüfatını ayaq üstə qala bilməsi və inkişafı üçün önəmli rol oynayır. Ona görə də dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da kənd təsərrüfatının inkişafına dövlət tərəfindən bilavasitə və ya vergi, gömrük rüsumları və pul-kredit siyasəti hesabına dolayı subsidiyalar həyata keçirilməsi yolu ilə dəstək verilir. Bu baxımdan bizdə kənd təsərrüfatı, torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olunub. "Aqrolizinq" ASC tərəfindən satılan kənd təsərrüfatı texnika və avadanlığının dəyərinin 40 faizi dövlət büdcəsi tərəfindən ödənilir və onlar lizinq yolu ilə satılır. Kənd təsərrüfatı işləri üçün sərf olunan yanacağın və motor yağlarının dəyərinin 50 faizi dövlət tərəfindən ödənilməsinin təmin edilməsi məqsədi ilə əkin sahələrinin hər hektarına görə 50 manat subsidiya verilir. Gübrələrin dəyərinin 70 faizi dövlət vəsaiti hesabına ödənilir.Toxum və ting istehsalına və satışına görə subsidiya verilir. "Aqrolizinq" ASC tərəfindən idxal edilən cins mal-qaranın dəyərinin 50 faizi büdcədən ödənilməklə lizinq yolu ilə satılır. Taxıl, pambıq, tütün, şəkər çuğunduru və digər kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiya ödənilir. Buğda və xam düyü (çəltik) əkənlərə yanaca və motor yağlarından əlavə 40 manat da subsidiya ayrılır. Beləliklə, becərilən hər hektar sahəyə görə, bütün istehsalçılar 50 manat, buğda və çəltik əkənlər isə 90 manat subsidiya verilir. Barama,tütün və şəkər çuğunduruna görə məhsula görə, digər məhsullara görə isə, parniklər istisna olmaqla, açıq sahələrdə əkilmiş bütün digər məhsullara görə 50 manat subsidiya verilir.Tütünün hər kq yaş tütündürsə- 10 kilosunaxa0 - 0.5 qəp., quru tütünün isə 1 koloqramına 0.5 qəp., baramanın hər kiloqramına 5 manat subsidiya hesablanır.
xa0 xa0 xa0xa0
Azərbaycanda 11 ildən çoxdur ki, geniş subsidiyalaşma sistemi tətbiq olunur və dövlət vəsaiti hesabına kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən subsidiyanın ümumi məbləği 2018-ci ilin əvvəlində 1 milyard manat ətrafındadır. Bununla belə hələ ki, Azərbaycanın kənd təsərrüfatındakı göstəricilər, xüsusən də məhsuldarlıqxa0 mövcud potensialdan qat-qat aşağıdır. Ona görə də bu istiqamətdə əldə olunan müsbət təcrübə ilə yanaşı,subsidiya sisteminin və mexanizminin təkmilləşdirlməsi və səmərəliliyinin artırılması istiqamətində bir sıra tədbirlərin də görülməsinə ehtiyac var:xa0
xa0 xa0 xa0 xa0xa0
1. Subsidiyaların verilməsində əkin sahələrinin kəmiyyətinin süni surətdə artırılması halları yığışdırılmalı, onun son məhsulun həcmi və keyfiyyəti nəzərə alınmaqla həyata keçirilməsi məsələsi prioritet təşkil etməlidir.xa0
xa0 xa0 xa0 xa0
2. Əksər məhsul növləri üzrə subsidiyaların məbləğı qənaətedici səviyyədə deyil, bu vacibxa0 iqtisadi rıçağın stimullaşdırıcı rolunu artırmaqdan ötrü onun məbləğininxa0 də artırılmasına ehtiyac var.xa0
xa0 xa0 xa0xa0
3. Azərbaycanın müharibə vəziyyətində olduğunu nəzərə alaraq taxıl istehsalçılarına ayrılan subsidiyaların strateji olmasıdır. Amma taxıl əkini üçün sahələrin genişliyini nəzərə alaraq bundan sonra burda əkin sahəsinin genişləndirilməsi yox, intensiv üsulun göstəriciləri-məhsuldarlığın artırılması əsas götürülməlidir.
xa0 xa0 xa0xa0
4. Kənd təsərrüfatı məhsulları istehsalında ciddi artıma nail olmaqdan ötrü subsidiyanın verilməsi sahəsində prinsipial dəyişikliklər edilməklə beynəlxalq praktikadan məlum olan dövlətin müəyyən məhsul növləri üzrə alıcı qismində çıxış etməsi mexanizminin tətbiqinin genişləndirilməsinə ehtiyac var.xa0
xa0 xa0 xa0 xa0xa0
5. Subsidiyaların həyata keçirilməsində vacib məqsəd yerli istehsal edilən məhsulların daha ucuz başa gələn analoji malların idxal-rəqabətindən qorumaq və ixrac imkanlarının genişləndirilməsinə real dəstəyin verilməsi olmalıdr. Əgər nəzərə alsaq ki, hazırda Azərbaycanın xaricə ixtac etdiyi kənd təsərrüfatı məhsullarının böyük əksəriyyəti meyvə-tərəvəzdən ibarətdir,onda həmin sahələrin ixracını stimullaşdırmaqdan ötrü əlavə tədbirlərin, o cümlədn səmərəli fəliyyət göstərən birbaşa və dolayı subsidiya vasitələrindən də istifadə məqsədəuyğun olar. Örtülü şəraitdə (parniklərdə) tərəvəz istehsalı geni dəyişdirilmiş məhsul olduğundan və ildə bir neçə dəfə məhsul istehsalı mümkünxa0 olduğundan vəxa0 deməli gəlir də kifayət qədər yüksək olduğundan dövlət bu sahəyə subsidiya ayırmır. Amma parnik təsərrüfatı ilə məşğul olanların xeyli hissəsi sıradan çıxmasın və bu sahə üzrə eksportumuz daim artsın deyə, ixrac təşviqləndirilməsindəki stimullaşdırıcı məbləği artırmağa və bir də qazın tarifləri qalxan zaman onlara müəyyən güzəştlərin edilməsinə ehtiyac var.xa0
xa0 xa0 xa0xa0
6. Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzv olacağı təqdirdə, aqrar subsidiyalarla bağlı məhdudlaşdırıcı tədbirlərə öncədən hazır olmasından ötrü, Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində kənd təsərrüfatına dəstək siyasəti ilə bağlı subsidiyalaşmanın digər maliyyə mənbələri ilə əvəzlənməsi priortet götürülmüşdür. Bu sənəddə ağırlıq daha çox özəl maliyyə mənbələrinə daha səmərəli çıxış üzərində qurulmuşdur. Bununla belə, hesab edirik ki, ölkəmizin DTT-a üzv olacağı təqdirdə adaptasiya tənəzzülünə məruz qalmasının qarşısını almaqdan ötrü indidən DTT-in “yaşıl zənbil” prinsipinəxa0 üstünlük verməklə ekoloji cəhətdən təmiz məhsul istehsalınn genişləndirilməsinə xüsusi diqqət verilməlidir. Çünki həmin variantda subsidiyalarla bağlı məhdudlaşdırıcı tədbirlərə ehtiyac yoxdur.xa0
xa0 xa0 xa0xa0
7. Fermerlərin sığortadan istifadəyə meylliliyinin artırılması üçün təsirli tədbirlər görülməlidir. Daşqın və quraqlıq nəticəsində fermerlərə dəymiş ziyanın tam ödənilməsi və fermerləri müdafiə etmək üçün sığorta proqramlarının həyata keçirilməsinə böyük ehtiyac var. Bu cür mexanizmin tətbiqi aqrar sahə üçün çox ciddi problem olan məhsuldarlığın və bir sıra hallarda keyfiyyətin də aşağı olması probleminin uğurlu həllinə ciddi dəstək olar: məhsul istehsalçıları daha çox subsidiyalar ala bilər və bu əsasda məhsuldarlığın artırılmasına maddı marağı artar, itkilər azalar, istehsal olunan məhsulların keyfiyyəti yüksələr, yerli tələbat dolğun şəkildə təmin olunar və aqrar sahənin eksport göstəriciləri indiki ilə müqayisədə qat-qat artmış olar.

Əli Məsimli,
Millət vəkili,xa0İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO