Milli Şura mitinqi niyə 31 mart tarixinə saldı...

Milli Şura mitinqi niyə 31 mart tarixinə saldı...

Hazırda oxunan: Milli Şura mitinqi niyə 31 mart tarixinə saldı...
218847
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müxalifət növbəti mitinqi martın 31-də saat 15:00-da “Məhsul” stadionunda keçirməyi planlaşdırıb.

Lakin mitinq üçün seçilən tarixin uğurlu olmadığını deyənlər kifayət qədərdir. Düşünülür ki, 31 mart tarixi azərbaycanlılara qarşı erməni-daşnak qüvvələrinin soyqırımı törətdiyi gündürxa0 vəxa0 soyqırımının 100 illiyinin tamam olduğu tarixdə Milli Şuranın mitinq keçirib, seçkilərlə bağlı hər hansı münasibət bildirməsi düzgün deyil. Hətta mitinqin, şəhidlərin ruhuna hörmət olaraq xa0təxirə salınması fikirləri də səsləndirilir.

Moderator.az xəbər verir ki, məsələ ilə bağlı Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyevxa0Modern.azxa0saytına açıqlama verib. O, Milli Şuranın 31 mart tarixini seçmə səbəbindən danışıb:

“31 mart bildiyiniz kimi Azərbaycanlıların soyqırımı günüdür və çox ağrılı tarixdir. Düşünürəm ki, 31 mart tarixində mitinq keçirilməsi tarixi hadisələrlə üst-üstə düşməsixa0 baxımından çox mühüm, əlamətdar gündür. Çünki illərdir, insanların toplum halında bir yerə yığışıb erməni vəhşiliyinə etiraz etməsi ilə bağlı keçirilən aksiyalarımız elə də çox deyil.xa0 Baxmayaraq ki, biz Xocalı soyqırımınıxa0 və ya digər bu tipli hadisələri qeyd edirik, o qədər də kütləvilik təşkil etmir. Söhbət müxalifətdən, Milli Şuradan getmir”.

O. Gülalıyev qeyd edib ki, cəmiyyət, xalq olaraq bu cür xa0toplantılar az olur:xa0

“31 martı həm də ona görə seçdik ki, bu tarixdə erməni soyqırmına etiraz edək. Bizim əsas məqsədlərimizdən biri ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırıma etirazxa0 etmək, erməni vandalizmini pisləməkdir. Eyni zamanda, bu mitinq 11 aprelə təyin olunmuş növbədənkənar seçkilərə münasibətdir. Hesab edirəm ki, mitinqimiz normal bir günə təsadüf edir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO