Əməkdar artist, muğam ustası Ehtiram Hüseynov bu ilki Novruzu da Vətəndən uzaqda – Rusiyanın Arxangelsk şəhərində keçirəcək.xa0xa0
Bu haqda Moderator.az-axa0 qastrol səfərinə yola düşən tanınmış xanəndənin özü məlumat verib.xa0
“Artıq 10 ildən çoxdur ki, bu gözəl, müqəddəs milli bayramımızı Vətəndən uzaqlarda, müxtəlif ölkələrdə qeyd etməyə məcbur oluram. Bu, bir yandan çətin olsa da, digər tərəfdən qürurvericidir. Çünki başqa ölkələrdə Novruz konsertləri təşkil etməkləxa0 həm xaricdəki həmyerlilərimizə böyük mənəvi dəstək veririk. Eyni zamanda dövlətimizi, xalqımızı, milli bayrağımızı, ənənələrimizi, musiqimizi, mədəniyyətimizi əcnəbilərə bir daha tanıdır,xa0 nümayiş etdiririk...” - deyə sənətkar bildirib.xa0
Sultan Laçın





































































































