"Kanal24" 6 yaşını qeyd edir

Hazırda oxunan: "Kanal24" 6 yaşını qeyd edir
217524
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Azərbaycanda fəaliyyət göstərən ilk internet televiziyalardan biri “Kanal24”-ün yaranmasından 6 il keçir.

2012-ci ilin mart ayının 16-da fəaliyyətə başlan inernet televiziya yayımını “YouTube” üzərindən edir. Əsasən sosial məsələləri işıqlandıran “Kanal24” ölkə və dünya gündəmində baş verən son hadisələri izləyicilərinə obyektiv və operativ şəkildə çatdırır.

“Kanal24” həmçinin “kanal24.az” saytı ilə də oxucuları məlumatlandrır. Bu media orqanı dövlət və hökümət strukturları ilə səmərəli əməkdaşlıq edərək ölkədə və dünyada baş verən hadisələri 4 dildə - Azərbaycan, ingilis, rus və ivrit dillərində yayımlayır.

“Kanal-24”-ün sosial şəbəkələrdə də aktiv səhifələri və izləyiciləri var. Bu gün də ən çox izlənilən internet televiziya olaraq reytinqdə ilk sıraları tutur.

Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqla yanaşı “Kanal24” Azərbaycan-İsrail dostluğunun da möhkəmləməsində xüsusi rola malikdir. Çünki kanal hər iki ölkə arasındakı əməkdaşlıqda bir körpü rolunu oynamaqla əlaqlərin inkişafına töhfə verir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO