Dünyaca məşhur xanım alimin Rəsulzadə və Cümhuriyyət sevgisi- Gizi tarix

Dünyaca məşhur xanım alimin Rəsulzadə və Cümhuriyyət sevgisi- Gizi tarix

Hazırda oxunan: Dünyaca məşhur xanım alimin Rəsulzadə və Cümhuriyyət sevgisi- Gizi tarix
208662
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dilşad xanım Elbrus.... Bu ad yəqin ki, tanış gəlmədi. Amma mən onun barəsində öncə iki fakt deyim: birincisi, Dünyada nüvə fizikası sahəsində ilk qadın mütəxəssislərdən biri olub. İkincisi də, böyük Rəsulzadə ilə görüşüb və onun şəxsi rəğbətini qazanıb. Məncə, bu iki fakt yəqin ki, sizdə bu xanım barəsində təəssürat yaradacaq.

Beləliklə, Moderator.az Dilşad xanım Elbrus haqqında qısa tanıtım yazısını təqdim edir.xa0
Araşdırmaçı alim Sakit Hüseynov 1990-cı illərdə yazdığı bir yazıda Dilşad xanım haqqında maraqlı bir faktı qeyd edir. Xatırladaq ki, həmin fakt “Xalq cəbhəsi”x9d qəzetində işıqlanıb. Burada biz dünyaca məşhur xanım alimin Rəsulzadə ilə görüşünə toxunacağıq:

xa0“Türkiyə Cümhuriyyəti, Milli Təhsil Nazirliyinin müşaviri Ömər Özcan yazır ki, Dilşad xanım vətəni kiçik yaşlarında tərk etsə də, ona bütün varlığı ilə bağlı insan olub. Dayısı Hüseyn bəy 1929-cu il mayın 28-də Azərbaycan Cümhuriyyətinin 11-ci ildönümü münasibəti ilə İstanbuldakı azərbaycanlıların “Odlu Yurd”x9d məcmuəsinin redaksiyasındakı mərasimə fəal olaraq qatılıb, Azərbaycanın milli bayrağını Azərbaycan istiqlal davasının öndəri Məhəmməd Əmin Rəsulzadəyə təqdim edib. Mayın 30-da axşam “Union France”x9d salonunda keçirilən Milli Azərbaycan gecəsində xor Azərizadənin “Vətən”x9d şeirini oxuyub, Dilşad xanım da Əli Ustanın (təqaüddəki səfir Azər Volkanın atasıdır) “Vətən həsrəti”x9d şeirini rəfiqələri ilə birgə rəqs edərək söyləyib. “Odlu Yurd”x9dda gecə haqqında verilən bilgidə istər rəqsdə, istər oxumaqda və şeir söyləməkdə, istərsə də pianoda böyük bacarıq göstərdiyi və hər kəsin sevgisini qazandığı yazılır.

Ömər Özcan bəyin yazdığına görə, Dilşad xanım ictimai fəaliyyətini tələbəliyi boyunca davam etdirib. İstanbulda ali məktəblərdə oxuyan azərbaycanlı tələbələr 1933-cü il fevralın 19-da Bəyoğlu Tokatlıyan hotelində keçirdikləri musiqili-rəqsli çay ziyafətində Azərbaycan, Türkiyə və Krım milli rəqsləri oynayıblar. Almaniyada nəşr edilən “İstiqlal”x9d qəzetinin 10 mart 1933-cü il martın 10-da çap olunan 29-cu sayında çıxan xəbərdə özəlliklə pianoda milli Azərbaycan havaları ifa edən Dilşad xanımın çox alqışlandığı qeyd edilir. “İstiqlal”x9dın 1933-cü il iyunun 15-də çap olunan 36-cı sayında çıxan xəbərdə 28 May münasibəti ilə İstanbulda Xalq evi salonunda düzənlənən müsamirədə Dilşad xanımın pianoda çalaraq oxuduğu Azərbaycan milli şairi Əli Yusif bəyin (Əliyusif Yusifzadənin) “Bir Turan yolçusu deyir ki”x9d şeirinin çox bəyənildiyi qeyd edilir”x9d.

Dilşad xanımın özünəməxsus vətən sevgisi olub. O, getdiyi hər bir Avropa şəhərində azərbaycanlı mühacirləri axtararmış. Hər il aprelin 28-də, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu günündə matəm saxlayarrmış. Dilşad xanım Talıbxanın tələbə yoldaşı Fevziyyə Tansel onun barəsində yazdığı xatirələrdə onun vətən nisgilini önə çəkir: “Bir dəfə Ankarada bizdə olarkən (4 avqust 1977-ci il) Dilşad xanım məndən qələm-kağız istədi və mənə bir şeir bağışlayacağına söz verdi. Mən ona mane olmamaq üçün dinmədim. O isə xeyli yazdıqdan sonra şeiri mənə verdi. Sonra məlum oldu ki, “Bayrağım enərkən”x9d adlanan bu şeiri Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmmməd Əmin Rəsulzadənin əmisi qızı Ümmügülsüm Rəsulzadə (Sadıqzadə) yazıb. Həmin şeir indiyə kimi heç yerdə nəşr olunmayıb. Dilşad xanım bu şeiri Ümmügülsüm xanımda əlyazma şəklində olarkən əzbərləyib, uzun illər hafizəsində saxlayıb və indi də kağıza köçürüb mənə hədiyyə verir”x9d.

“Fövziyyə xanım Dilşad xanım Elbrusun güclü hafizəsi qarşısında heyrətə düşdüyünü söyləyir və həmin şeiri mətbuatda çap etdirməyə söz verir”¦xa0
Yazıq səni, bayrağım, endirdilər, öyləmi?
Səni yazıb devirən o zəhərli ruzigar,
O haqq deyən haqsızlar, vəhşilər, tanrısızlar,
Yanar ocağımı da söndürdülər, öyləmi?
Bir röyamı oldu o gördüklərim hamısı?
Bağlandımı üzümə Türk elinin qapısı?”x9dxa0
Dilşad xanımın övladı olmur. Bir dəfə fizik həmkarı ilə evlənsə də, tezliklə ayrılır. Ömrünün axırına qədər ailə həyatı qurmur. Böyük bacısı Sürəyyanın oğlu Cana analıq edir, onun böyüdür. Yaşlandıqdan sonra Egeydən İstanbulun Bağdad prospektinə gəlir və ömrünün sonuna qədər orada yaşayır. Dilşad xanımın anası və dayısına gəldikdə, dayısı Hüseyin Yanar xaricdə iqtisadiyyat yönümlü ali təhsil alaraq vətənə qayıdır və AXC-in Xarici İşlər Nazirliyinin əsas simalarından olur. 1920-ci il istilasından sonra xilas üçün Türkiyəyə gəlir və burada maarifçi-publisistik fəaliyyətlə məşğul olur. 1974-cü ildə İstanbulda vəfat edir və Qaraca məzarlığında dəfn olunur.
Dilşad xanımın anası Xeyənnisə xanım isə 1949-cu ildə İstanbulda vəfat edir və Feriköy məzarlığında dəfn olunur.

Hazırladı: Elmin Nuri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO