AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə “İRS cizgi”x9d yaradıcılıq qrupunun “Koroğlu”x9d adlı ilk milli komiksinin təqdimatı keçirilib.
Moderator.az MEK-ə istinadən xəbər verir ki, milli komiksin ərsəyə gəlməsi üçün öncə tarixi araşdırma aparılıb, arxiv materialları ilə işlənilib və nəticədə Koroğlu qəhrəman kimi təqdim edilib. Komiksin növbəti buraxılışlarında təkcə Koroğlu deyil, Azərbaycan tarixinin digər milli qəhrəmanları olan Babək, Şah İsmayıl Xətai, və müasir dövrün qəhrəmanlarından olan Mübariz İbrahimov kimi personajlar olacaq.
Komiks istənilən yaş qrupu üçün nəzərdə tutulmuş ssenari əsasında hazırlanıb. Dastandan ilhamlanaraq, tarixi faktlara əsaslanaraq milli ruhda hazırlanan komiks oxucuya məntiq və dünyagörüşü aşılayır.xa0
Layihənin müəllifləri gələcəkdə komiks əsasında oyuncaqlar, animasiya və kompyuter oyunları təqdim etməyi planlaşdırırlar.
Elmin Nuri






































































































