Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının son qərarı ətrafında yaranmış müzakirələr davam etməkdədir. Bir çox ziyalılarımız Avropa mənşəli sözlərin milliləşdirmək adı ilə ərəb-fars sözləri ilə əvəz edilməsinə etiraz edir.xa0
Dilçi alim Ədalət Tahirzadəxa0 bu etirazların haqlıxa0 olduğunu bildirib:
““Mouse”x9d sözünün “bələdçi”x9d ilə əvəz olunmasını qəbul etmirəm. Çünki bu dilimizdə “siçan”x9d sözü ilə ifadə olunur. Ruslar ona “mışka”x9d, türklər “fare”x9d deyirlər. Bizdə artıq İsmayıl Cəlallının “İnformatika terminləri”x9d lüğəti nəşr olunub. Azərbaycanda informatika üzrə ən gözəl lüğətdir. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu ilə birgə hazırlanıb. Orada da bu söz “siçan”x9d kimi verilib. Orta məktəb dərsliklərində də belə işlədilir. Ona görə də ikinci dəfə “Amerika kəşf etməyə”x9d heç bir ehtiyac yox idi”x9d.
O, yeni sözlər gətirilməsinin dildə qarışıqlıq yaradacağını deyib:
““Konsensus”x9dun “yekdilliklə”x9d sözü ilə əvəz olunmasına gəldikdə isə, düzdür, “yek”x9d fars sözüdür. Elə “dil”x9d də fars sözüdür. “Yekdil”x9d “ürəkləri bir olan”x9d mənasına gəlir. Amma bu sözün əvvəllər hər zaman işlətdiyimiz qarşılığı “rəy birliyi”x9d deməkdir. Məncə bu ifadə elə ən uğurlusudur. Təbii ki, bu mənim fikrimdir. Ümumiyyətlə, düşünürəm ki, indiyədək mövcud olan sözləri dəyişməyə ehtiyac yoxdur. Əgər bu sözlər lüğətdə artıq oturubsa, yeni yaranan ifadələr qarışıqlıq yaradacaq”x9d, ”“ deyə Ə.Tahirzadə vurğulayıb(A24.Az)





































































































