- A-
- A
- A+
Общество
18:23 / 31.08.2017
1 dəq oxunma
“Kim ki, Türkiyənin gücünü Azərbaycanın gücü hesab etmir...”x9d
Hazırda oxunan: “Kim ki, Türkiyənin gücünü Azərbaycanın gücü hesab etmir...”x9d
190120
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Dünən Türkiyə Cümhuriyyəti Zəfər Bayramını ”“ ordu gününü qeyd etdi.xa0
Maraqlıdır, güclü Türkiyə və türk ordusunun mövcudluğu ölkəmizə nə vəd edir? Azərbaycan qüdrətli Türkiyənin mövcudluğundan nə qazanır?
Moderator.az -a açıqlama verən Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin prezidenti, politoloq Natiq Miri Türkiyənin Azərbaycan üçün mühüm önəm kəsb etdiyini vurğuladı:
“Bu gün Azərbaycan kimi kiçik dövlətin Türkiyə kimi güclü, strateji əhəmiyyəti olan, güclü orduya malik qüdrətli bir müttəfiqə ehtiyacı var. Bugünkü dünyada ya böyük, güclü ordun olmalıdır, ya da kiməsə xidmət etməklə öz təhlükəsizliyini təmin edə bilərsən. Bu gün Ermənistan əslində bütün kiçik dövlətlər üçün ən tipik modeldir. Ermənistandan bütün güclü dövltələr geosiyasi alət olaraq istifadə edir.xa0
Ermənistandan fərqli olaraq, Azərbaycan normal iqtisadiyayta və güclü orduya malik bir dövlətdir. Ancaq buna rəğmən, Azərbaycan kiçik bir ölkədir. Azərbaycan düşmənlərlə əhatə olunan coğrafi məkanda yerləşdiyi üçün qardaş Türkiyə kimi müttəfiqə ehtiyacı var.xa0
Türkiyənin xa0gücü Azərbaycanın gücü olaraq dəyərləndirilməldir. Türkiyə nə qədər güclü iqtisadiyyata, güclü orduya malik olsa, bu, Azərbaycanın bütün maraqlarına uyğun olan bir davranış olar. Bu gün Türkiyənin gücünü öz gücü hesab etməyən hər hansı bir azərbaycanlı varsa, o, yanlış yoldadır. Azərbaycanın həm hakimiyyətində, həm də müxalifətində təmsil olunan hər bir kəs türk ordusunu öz ordusu kimi dəyərləndirməlidir”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































