Bu məktəblərdə rus dilinin intensiv tədrisi təmin ediləcək  - SİYAHI

Bu məktəblərdə rus dilinin intensiv tədrisi təmin ediləcək - SİYAHI

Hazırda oxunan: Bu məktəblərdə rus dilinin intensiv tədrisi təmin ediləcək - SİYAHI
189887
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Təhsil naziri Mikayıl Cabbarov “Rus dilinin intensiv tədrisi”x9d layihəsinin davam etdirilməsi barədə əmr imzalayıb.
Təhsil Nazirliyindən bildiriblər ki, əmrə əsasən, ölkənin 50 ümumtəhsil müəssisəsində həyata keçirilən “Rus dilinin intensiv tədrisi”x9d layihəsi çərçivəsində həmin müəssisələrdə tədris prosesinin təşkili və tənzimlənməsi təmin ediləcək.
2017-2018-ci dərs ilində Bakı şəhərinin 3, 12, 13, 36, 42, 45, 51, 63, 70, 95, 106, 129, 178, 193, 212, 238, 244, 245, 246, 250, 257, 263, 265, 272, 274, 275, 276, 278, 283, 284, 286, 292, 295 nömrəli tam orta məktəblər, 20 nömrəli məktəb-lisey və 43 nömrəli məktəb-lisey kompleksi, Gəncə şəhəri 5 nömrəli, Mingəçevir şəhəri texniki-humanitar liseyi, Sumqayıt şəhər 11 nömrəli, Şirvan şəhər 3 nömrəli, Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli, Şəki şəhər 5 nömrəli, Şamaxı şəhər 6 nömrəli, İsmayıllı rayonu Talıstan kənd, Zaqatala rayonu Əli Bayramlı kənd, Tovuz rayonu Ağbulaq kənd, Quba rayonu Əliməmmədoba kənd, Qusar rayonu Ləcət kənd, Masallı şəhər 2 nömrəli, Lənkəran rayonu Havzava kənd, Saatlı rayonu Məmmədabad kənd tam orta məktəblərinin I-IX siniflərində rus dilinin intensiv tədrisi üzrə Təhsil Nazirliyinin layihəsi davam etdiriləcək. Rus dili intensiv tədris edilən siniflərin 2017-2018-ci dərs ilinə aid tədris planı və tədris planına dair “Qeydlər”x9d təsdiq edilib.
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO